Pay qoyulmuş boşqabı boş qaytarmazlar!

Baxış sayı: 
149
6  
0  

İmişliyə və Ağstafaya təyin olunmuş icra başçıları ilə əlaqədar Hörmətli Prezidentin çıxışını diqqətlə izlədim və məmnun qaldım. İkincinin Prezident qarşısında təyinata  aid olmayan məsələdən kənara çıxması Xalq cəbhəsi Partiyasından tutmuş sadə vətəndaşa qədər çoxlarında məyusluq yaratdı. O gəncin 6 yaşı olanda onun doğma dayısını müdafiə edib vəzifəyə təyin edən (seçkili orqan olduğundan seçdirən)  o bəyənmədiyi o qurum idi... Məgər İlham Əliyev bilmirmi ki, hətta göydə uçan quşların sayı nə qədərdir, hansı ölkəyə köç edir, hansı quş dimdiyində qayıdanda nə gətirir? Hansı “Xəbər” və ya “Xəstəliklər” gətirir? Vallah İlham Əliyev çox mətləblərdən xəbərdardır. Mənim yaşadığım İmişliyə təyin olunan başçı digərindən 18 yaş böyük idi. Yeni aldığı kitabçaya arada nəsə yazırdı.
Əlbəttə Prezidentlə görüşdə əldə qələm, qarşısında kitabça olması vacib şərtdir.
İlham Əliyev prinsipləri altında işləmiş hər bir məmur onun siyasi kursundan xəbərdar olmalıdır və beynində, düşüncəsində o siyasəti yerləşdirməlidir. Mən yeni başçıya da uğurlar diləyirəm. İmişli çətin idarə olunası rayon deyil. Belə bir məsəl var: “ərəblər nağıl uydurmağı bacaran millətdir, farslar o nağılı yüksək pafosla danışan, türklər isə o nağıla inanan millətdir”.
İmişlilər tipik türk millətindən də betərdir.
   Diqqətli oxucu! Mən bu subyektiv fikirlərimlə yeni nə isə kəşf etmək, kimlərə isə irad bildirməkdən çox-çox uzağam. Məqsədim AXC-Müsavatı da tərifləmək deyil. Hər iki təşkilatı tanıyıram. Hər ikisi bu hakimiyyət dönəmində pay almışlardandır. Təmsil olunduğum ADP isə o paya heç bir şəkildə şərik olmayıb və Allah bizi o cür paylardan uzaq eləsin! Əlbəttə pay (yəni yardım) yaxşı şeydir. Amma içərisində pay qoyulmuş sənə təqdim edilən o qabı gərək boş qaytarmayasan. Ən azından içərisinə gərək bir qənd parçası da olsa atasan. Hörmətli Siyasilər yəqin məni başa düşdülər. Əks təqdirdə, başı qaxınclı olacaqsan!!! Necə ki, çoxları olub. Diqqətli oxucu! Başa düşürəm ki, mən bu dəfə də özüm-özümə bir “quyu qazıram,özü də gen və dərin”. Məni itələyib salacaqlar o quyuya. Çünki, başçı gələn günü satılmış Heydər Əliyev adına parkdan qalan eni 2 metr, uzunluğu 80-100 metr bir səki var, hər iki başında “H. Əliyev adına Park” yazılan qala qapısı mövcuddur. İH binası ilə üzbəüz o sahədə çoxlu yolka ağacları var. Hər ağacın arxasında bir polis gördüm. Başçı və onu təqdim edənlərlə üz-üzə gəlmək qorxusu olduğundan polisin guya gizləndiyi tərəfdən getməli oldum. Dedim qarşılaşaram bir “zad” çıxanda deyərlər ki, qarşımıza ilk çıxan bu olmuşdur. Ayağı düşmədi. Mən də sabahısı özümə məxsus yerdə durub müşahidə apardım.
Əvvəllər İH-nin qarşısında görünməyən, sanki illər uzunu pusquda durub gözləyən digər klana alternativ, imiclərini çoxdan xərcləmiş 2-3 nəfər tək-tək yeni başçını yəqin ki, təbrik etmək üçün icra hakimiyyətinə girib çıxırdılar. Bir neçəsi də marağa durmuşdular. Nə barmağımı dişlədim, nə də dodağım əsdi. Bu “mövzu” mənə çoxdan tanış olduğundan çıxıb getdim və hələlik çayxana adlandırıldığı kimi sözləri eşidib başa düşdüm ki, torbamızı tikirlər. Amma yeni başçıya bildirmək istəyirəm ki, İmişlidəki problemləri bilən mənəm və bizlərik”. Biz bu problemləri yaydıqca Vilyam Hacıyev cana yığılıb problemlərin “həllini” verirdi məhkəmələrə, hər iki tərəf yararlanır,  “işə baxılmamış” saxlayırdılar. Sözüm İH-dəki və pərdə arxası nüfuzlarını xərcləmiş “əmi” və “xalam uşaqları”nadır.
Sizlər təqdimat verə bilməzsiniz və o iqtidarda deyilsiniz. Sizlər filankəsi yanınıza buraxmayın, yaxşısını qoyub pisi çirkin fikirlər deyə bilərsiniz. İmkan verin, heç olmasa, o kişi Prezidentin dediyi sözlərdən nəyi isə o yaddaş kitabçasına yazdıqlarını yerinə yetirsin. Onu peşman etməyin!
Məhbub Əvəz oğlu Zülfiqarlı

Загрузка...
Загрузка...