Patruşevin Bakı səfərinin SENSASİON PƏRDƏARXASI

Baxış sayı: 
38
1  
0  

Mirmahmud Mirəlioğlu: “Rusiya bütün strukturları özünə uyğunlaşdırmaq istəyir”
 
Taliyət Əliyev: “Rusiyanın burada hakimiyyətdə görmək istədiyi adamların səlahiyyətləri genişləndirilir”
 
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri mətbuatda və sosial şəbəkələrdə çox ciddi müzakirə olunmaqdadır. Səfərin məqsədi ilə bağlı fərqli fikirlər səslənir. Bu fikirlərdən keçmiş MTN zabiti İlham İsmayılın sosial hesabındakı paylaşmı daha çox diqqəti çəkir. Belə ki, İ. İsmayıl yazır:
 
“Patruşevin bu dəfəki gəlişi xüsusi diqqət mərkəzində oldu və sanki onun verdiyi tapşırıqlara böyük ehtiyac hiss olunurmuş. Təhlükəsizlik şurası katibinin daha çox “təhlükəsizlikdən” danışması təbiidir, amma bu təhlükəsizliyin içində Qarabağ, Azərbaycanın işğal olunmuş ərazilərinin perspektiv təhlükəsizliyi müzakirə olunmayıb. Səfərin mahiyyətini açıqlayan rusiyalı politoloqlar da Qarabağ məsələsinin müzakirəsini “periferik” adlandırıb”.
 
 
İ. İsmayılın sözlərinə görə, görüşlər zamanı daha çox daxili təhlükəsizliyin müzakirə edilməsi və burda iki istiqamətə xüsusi önəm verilməsi diqqətçəkicidir: “Birincisi, Azərbaycan Təhlükəsizlik Şurasının “daxildə kritik zərurət yaranarsa DİN, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin koordinasiyasını həyata keçirəcəyi” barədə fikirlərin müzakirəsidir. Burda diqqətçəkici məqam daxildə böhran yaranarsa, Müdafiə Nazirliyinin də müdaxiləsindən, ordunun fəaliyyətini digər güc strukturları ilə koordinasiya edilməsindən gedir. Ordunun daxili vəziyyətə qarışmasının çox təhlükələrə gətirib çıxardığını və böyük insan tələfatına səbəb olduğu Afrika, bəzi Asiya və Cənubi Amerika ölkələrinin simasında görmüşük. Daxili kritik vəziyyətə Müdafiə Nazirliyinin cəlb edilməsini məqsədəuyğun hesab etmək yanlışdır.
 
İkincisi isə, Rusiyada olduğu kimi Azərbaycanda da Təhlükəsizlik Şurasını ekstremal situasiyalarda güc strukturlarını idarə edən, xüsusi səlahiyyətlərə malik dövlət qurumuna çevrilməsi, gücləndirilməsidir. Hiss olunur ki, “ekstremal situasiya”nı gözləmədən də Şuranın səlahiyyətlərini genişləndirmək və tabe etmək xətti götürülür”.
 
“Bu, hakimiyyətin daxilində olan bir prosesin göstəricisidi”
 
Sosilal şəbəkədə yayılan bu fikirlərlə bağlı Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, bütün bu məsələlərin yayılması hakimiyyətdə hərc-mərcliyin, özbaşınalığın, hakimiyyətsizliyin olmasının göstəricisidir: “Başqa bir şey deyil. Normalda belə bir şey varsa, Azərbaycan hakimiyyəti konkret addım atır, iş görür və belə şaiyələr baş alıb, getmir. Əgər belə şaiyələr baş alıb gedirsə, deməli, hakimiyyətin daxilində bu məsələlərə rəvac verən, ictimai rəyi yönləndirən, yaxud nəbz yoxlaması keçirmək istəyənlərin təklifləri və addımlarıdır. Amma məncə, Patruşevin son səfəri hakimiyyətdaxili məsələlərə, Azərbaycan hakimiyyətinin vəziyyətinə həsr olunmuş səfərdir. Bu, sadəcə, hakimiyyətin daxilində olan bir prosesin göstəricisidir, barometridir”.
 
“Konkret olaraq Rusiya öz işini asanlaşdırmaqdan ötrü bu işi görür”
 
M. Mirəlioğlu onu da vurğuladı ki, Rusiya Azərbaycanda öz işini asanlaşdırmaqdan ötrü bütün strukturları Rusiya strukturlarına uyğunlaşdırmaq istəyir: “Yəni hakimiyyətdə ona uyğun struktur, adamlar olsun ki, təsir, təzyiq imkanları olsun. Camaat da bunu başa düşür. Ondan o tərəfə biz bir şey deyə bilmərik, əlimizdə heç nə yoxdur. Kimsə sosial şəbəkədə nəsə yazıbsa, bu, o demək deyil ki, biz söhbəti onun üzərində quraq. Mən bu fikirdəyəm ki, konkret olaraq Rusiya öz işini asanlaşdırmaqdan ötrü bu işi görür. Guya, Müdafiə Nazirliyi nə böyük iş görmüşdü, qələbə qazanmışdı ki, indi qələbəyə də Daxili İşlər Nazirliyi şərik çıxmaq istəyir? Azərbaycanda hakimiyyətdə bir bərbad vəziyyət var. Bu vəziyyəti ort-basdır etməkdən ötrü bu addımları atırlar”.
 
“Müzakirələrdə böyük həqiqət payı var”
 
Картинки по запросу Taliyət Əliyev
 
Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev isə dedi ki, Patruşevin səfəri ilə bağlı müxtəlif yanaşmalar var: “Çünki Rusiyanın Azərbaycanla bağlı bir çox narahatçılıqları var. Bu narahatçılıqları Dağlıq Qarabağ problemidir və yaxud sosial şəbəkələrdə, siyasi kluarlarda müzakirə olunan Azərbaycanın daxili ilə bağlı təhlükəsizlik məsələləridir. Yəqin ki, Rusiyanın emissarlarının Azərbaycana gəlişində bizə məlum olmayan bir çox səbəblər var. Amma görünən tərəfləri budur. Hesab edirəm ki, müzakirələrdə böyük həqiqət payı var. Azərbaycan faktiki olaraq istər daxildə, istər xaricdə kopyalaşma siyasəti yürüdür. Sözsüz ki, bu səfərdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Bu məsələdə Azərbaycanın mövqeyi bir daha yaxından öyrənlib. Çünki son zamanlar Ermənistan baş nazirinin verdiyi bəyanatlar və bu bəyantlardan dolayı Azərbaycanın ictimai-siyasi dairələrinin, o cümlədən hökumətin verdiyi reaksiyalar sanki müharibə riskini artırır. Bu baxımdan, bu məsələdə Rusiyanın ciddi narahatçılığı var”.
 
“Cəmiyyətdə çox ciddi sosial gərginlik var”
 
T. Əliyev hesab edir ki, ikinci məsələ Azərbaycanın daxili təhlükəsizlik məsələsidir: “Bu da onunla bağlıdır ki, ölkə daxilində də, xaricində də çox ciddi narahatcılıqlar var. Cəmiyyətdə çox ciddi sosial gərginlik var. Mühacir müxalifətin apardığı təbliğata görə guya, Azərbaycanda payızda hadisələr baş verə bilər. Sözsüz ki, bu məsələlər Azərbaycan hakimiyyətində çox ciddi narahatcılıqlar yaradıb”.
 
“Avropa institutlarının Azərbaycanla apardığı danışıqlar Rusiyanı narahat etməyə bilməz”
 
“Digər bir məsələ isə Azərbaycanın avroatlantik məkana inteqrasiyası ilə bağlı olan məsələdir. Bu səfərdən öncə, Azərbaycanın Avropa Birliyi ilə apardığı danışıqların guya oktyabr ayına qədər sonlanacağı barədə informasiyalar var. Razılaşdırılmamış çox cüzi məsələlərin qaldığı qeyd edilir. Bunlar hamısı Rusiyanı narahat edir. Çünki Rusiya faktiki olaraq Azərbaycanı daimi olaraq öz nəzarəti altında saxlamağa cəhd edir. Bundan sonra da bu siyasəti təqib etmək istəyir. Çünki Cənubi Qafqazın Rusiya üçün ən önəmli dövləti Azərbaycandır. Ona görə ki, Gürcüstanda Rusiyanın maraqları ciddi təhlükə altında qalıb. Sonrakı mərhələdə Ermənistanda baş verən hadisələr və Paşinyanın yürütdüyü siyasət Rusiyadan uzaqlaşmaq xətti tutduğunu göstərir. Düzdür, ehtiyatlı siyasət yürüdür, amma hər halda görünən budur. Azərbaycan isə bu gün faktiki olaraq Rusiyayönümlü siyasət aparır. Amma Avropa institutlarının bu gün Azərbaycanla apardığı danışıqlar Rusiyanı narahat etməyə bilməz. Ona görə də hesab edirəm ki, bu danışıqların predmetləri sırasında Qarabağ, daxili təhlükəsizlik, o cümlədən Azərbaycanın avroatlantik məkana inteqrasiya məsələləri müzakirə olunmamış deyil. Yəni görünən budur. Amma detallı demək çətindir. Gərək, bununla bağlı Azərbaycan hökuməti cəmiyyətə bir informasiya verə ki, bu danışıqlar nədən ibarətdir. Belə olacağı təqdirdə bu şaiyələrə də, müxtəlif proqnozlara da ehtiyac qalmaz”,-deyə sədr müavini əlavə etdi.
 
“İctimaiyyətdə müzakirələr gedir ki, Azərbaycan xalqı hakimiyyətin ötürülməsi mənzərəsi ilə rastlaşa bilər”
 
T.Əliyev nəzərə çatdırdı ki, son zamanlar Azərbaycanda hakimiyyət daxilində klanlararası mübarizənin açıq müstəviyə keçəcəyi ilə bağlı informasiyalar verilirdi: “Bu, uzun müddətdir ki, müzakirə predmetidir. Görünür, bu, sıradan bir məsələ deyil. Yəqin bunun həqiqət payı var. Çünki Azərbaycanda klanlararası mübarizənin açıq müstəviyə keçmək ehtimalı daha böyükdür. Burada Rusiyayönümlü qüvvələr və paralel olaraq da Azərbaycanın Qərbə, Avropaya inteqrasiya xəttini tutumasının tərəfdarları var. Hətta sosial şəbəkələrdə də, ictimaiyyətdə də müzakirələr gedir ki, Azərbaycan xalqı hakimiyyətin ötürülməsi mənzərəsi ilə də rastlaşa bilər. Belə olacağı təqdirdə Azərbaycan xalqının buna reaksiyası nədən ibarət ola bilər? Belə olacağı təqdirdə əlbəttə ki, daxili sabitliyin pozulma riski var. Daxili sabitliyin pozulması riski həm Azərbaycan hakimiyyətini, həm də Rusiyanın narahat etməyə bilməz”.
 
“Bu məsələlər bir nəfərin əlində cəmləşir”
 
“Ramil Usubovun səlahiyyətlərinin daha da genişləndirilməsi, güc strukturlarının kritik stiuasiyalarda ona tabe etdirilməsində məqsəd odur ki, o, Rusiyanın burada daha etibarlı kadrlarından biridir. Daxili sabitlik pozulacağı təqdirdə ölkənin bütün güc strukturlarının ona tabe etdirilməsi sabitliyin təmin olunması üçündür. Yəni bu məsələlər bir nəfərin əlində cəmləşir. Bu vaxta qədər deyilənlər faktiki olaraq bu məsələdə təsdiqini tapır ki, həqiqətən Rusiyanın burada hakimiyyətdə görmək istədiyi adamların səlahiyyətləri daha da genişləndirilir”,-deyə sədr müavini qeyd etdi.
 
“Hakimiyyət bu proseslərdə xalqın iştirakını təmin etməlidi”
 
T.Əliyevin sözlərinə görə, Azərbaycanda mövcud siyasi rejim Rusiyanın bütün maraqlarına tam cavab verir və bu siyasi rejimin də qorunub saxlanılması üçün Rusiya hakimiyyəti əlindən gələni edir: “Azərbaycan hökuməti də bundan maraqlıdır ki, bu proses belə davam etsin. Amma bu nə vaxt baş verəcək bununla bağlı konkret bir fikir söyləmək çətindir. Əlbəttə ki, Azərbaycan xalqının maraqları da burada nəzərə alınmalıdır. Azərbaycanda hakimiyyətin ötürülməsi, hakimiyyətin dəyişdirilməsi, yaxud növbədənkənar seçkilərin keçirilməsi planlaşdırılırsa, bununla bağlı informasiyalar da gedir. Bütün bu məsələlərdə ancaq xalqın iştirakı nəzərdə tutulmalıdır. Bütün xarici qüvvələrin iştirakı nəzərdə tutulur, amma çox pis haldır ki, burada Azərbaycan xalqının maraqları gözardı edilir. Hesab edirəm ki, bu, Azərbaycan xalqının maraqları ilə daban-dabana ziddi. Azərbaycan hakimiyyəti doğurdan da ölkədə stabitliyin bərqərar olunmasını, bu dövlətin qorunub saxlanmasını, yaşamasını və daha da möhkəmlənməsini istəyirsə, bu proseslərdə xalqın iştirakını təmin etməlidir. İlin əvvələrindən başlayan islahatlara yönəlik addımlar daha ciddi islahat xarakterinə keçməlidir. Çox təəssüflər olsun ki, bu addımlar atıldı. Ancaq hələ ki, biz ölkədə köklü islahatların şahidi olmadıq. Ona görə də ölkədə sosial gəriginliklərin baş vermə riski artır. Ona görə də Azərbaycan hakimiyyəti xarici qüvvələrə “stavka” etmək əvəzinə, Azəbaycan xalqına “stavka” etsə, bu, Azərbacan xalqı, hakimiyyəti üçün daha yaxşı olar”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...