​Patruşev İrəvana gəldi - Paşinyanı çətin suallar gözləyir

Baxış sayı: 
23
1  
0  

 
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistana səfər edib.
 
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya rəsmisini nümayəndə heyəti müşayiət edir. N.Patruşevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəvəti ilə İrəvana gəldiyi iddia olunur.
 
Rəsmi məlumata görə, N.Patruşev baş nazir Nikol Paşinyan və erməni həmkarı ilə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir. Maraqlıdır ki, Rusiya nümayəndə heyətinin Ermənistan səfəri iki gün davam edəcək. Bu mənada səfərin hansı zərurətdən irəli gəldiyi barədə müxtəlif təxminlər var. Patruşevin səfərinin N.Paşinyanın Xankəndində səsləndirdiyi təxribatçı bəyanatdan sonraya təsadüf etməsi də diqqət çəkib. Hesab olunur ki, Rusiya sülh danışıqlarına zərbə olan bəyanatdan sonra Azərbaycanın Ermənistana sarsıcıdı zərbə vuracağından ehtiyatlanır. Ancaq erməni mediası bu ehtimalla bağlı yazıb ki, N.Patruşevin səfəri iyun ayından planlaşdırılıbmış.
 
O zaman isə Paşinyan “artsax – Ermənistandır” sərsəm bəyanatını verməmişdi. Ancaq istisna deyil ki, Patruşevi İrəvana gətirən əsas səbəblərdən biri də İran ətrafında yaşanan gərgin situasiyadır. Həmçinin Paşinyan hökumətinin Rusiya və Qərb arasında vurnuxmasının da ciddi müzakirə mövzusu olacağı istisna deyil.
 
Xatırladaq ki, oktyabr ayında Rusiya prezidentinin İrəvana səfəri nəzərdə tutulur. Deməli, Patruşev N.Paşinyanla açıq və konkret danışmağa gəlib. Bir sıra məsələlər. o cümlədən Qərblə münasibətlər, həbsdə olan “Putinin dostu” Robert Köçəryanın taleyi ilə bağlı Paşinyanı çətin suallar gözləyir.
 
Musavat.com

Загрузка...
Загрузка...