Paşinyanın son ümidi yenə Rusiyadır – Moskva isə göz yaşlarına inanmır

Baxış sayı: 
189
2  
0  

Rusiya sülhməramlılarının yerləşdirilməsi Dağlıq Qarabağdakı münaqişənin “optimal həlli” ola bilər.

Turaninfo.org xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan cümə günü “The Daily Telegraph” qəzetinə verdiyi müsahibəsində deyib.

“Mən Rusiya sülhməramlılarını münaqişə zonasına gətirməyin tərəfdarıyam” deyib Paşinyan.

“Ancaq problem ondadır ki, münaqişə zonasında Rusiya Federasiyasından sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycan tərəfindən də təsdiqlənməlidir” bildirib.

Baş nazirin fikrincə, Avropa Türkiyənin Azərbaycana verdiyi dəstəyin sona çatması üçün daha çox səy göstərməlidir.

Haşiyə: Paşinyan yəqin cəbhədən pis xəbərlər aldığından saman çöpü kimi yenə də Rusiyadan yapışmaq istəyir. Ancaq çox gecdir, dalğa o çöpü çoxdan Şuşa qalasına gətirib.

Загрузка...
Загрузка...