Paşinyanın rəqibi bəlli oldu – Sərkisyanın partiyası namizədini açıqladı

Baxış sayı: 
91
1  
0  

Ermənistan Respublikaçı Partiyası dekabrın 9-da keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib.

Turaninfo.org xəbər verir ki, partiya seçkilərə Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyanın namizədliyi ilə gedəcək.

O, Respublikaçı Partiyasının sədrinin birinci müavini seçilib.

Vigen Sərkisyanın sözlərinə görə, tam siyahı 14 noyabrda dərc olunacaq, ancaq artıq məlumdur ki, siyahıda keçmiş prezident və partiyanın hazırkı sədri Serj Sərkisyan, keçmiş baş nazir Karen Karapetyanın adları olmayacaq.

Qeyd edək ki, bura qədər namizədliyi təsdiq edilmiş yeganə şəxs baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan idi.

Teleqraf.com

Загрузка...
Загрузка...