“Paşinyanın oğlu hərbi xidmətə gedəndə...” – Siyavuş Novruzov

Baxış sayı: 
55
1  
0  

Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlər söyləməsi onun mənfur xislətindən xəbər verir. Paşinyanın oğlu hərbi xidmətə gedəndə dəfələrlə cənab prezident İlham Əliyevə bununla bağlı suallar ünvanlandı, amma o bu məsələyə münasibət bildirmədi. Çünki əsl türk rəhbəri başqasının ailəsinə, daxili işinə qarışmaz.

Turaninfo.org xəbər verir ki,Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, erməni xislətinə malik olan Nikol Paşinyan hər vəziyyətdən istifadə etməyə çalışır: “Lakin bu dəfə də uğursuzluğa nail oldu. Paşinyanın ordudan xəbəri olmadığına görə sarsaq bəyanatlar verir. Əslində xüsusi təyinatlıların işi orduda və ümumilikdə hüquq-mühafizə sistemində ən çətin işdir. Onun mütəmadi dislokasiya yeri yoxdur. Bu gün xüsusi təyinatlıların işi terrorçuya, sabah sərhədlərin qorunması uğrunda mübarizə ola bilər. Oraya psixoloji və fiziki hazırlıqlı insanlar cəlb edilir və hər kəs qəbul olunmur, çünki xüsusi imtahan verilməlidir”.

Siyavuş Novruzov Azərbaycan dövlət başçısının Paşinyana layiqincə cavab verdiyini qeyd edib: “Azərbaycan prezidenti çıxışlarında dəfələrlə Ermənistandakı hərbi xuntanın ölkə vətəndaşlarını əsarət altında saxladığını bəyan edib, müxtəlif beynəlxalq tədbirlərdə Ermənistandakı iqtisadi, demoqrafik böhranla bağlı faktları səsləndirib. Azərbaycan prezidentinin bu illər ərzində dediyi sözləri indi erməni xalqı deyir”.

Загрузка...
Загрузка...