Paşinyanın addımları Kremli ÖZÜNDƏN ÇIXARTDI: İrəvana hücum və Qarabağın...

Baxış sayı: 
134
0  
0  

Rusiyanın lenta.ru saytı Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfərini və bu səfər fonunda Qərb açılımını “Brüssel uğursuzluğu: Paşinyan Proşenkonun yolunu getmək istəyir” başlıqlı məqaləsi ilə tənqid edib. Məlumdur ki, bu yazı Kremlin sifarişi ilə qələmə alınıb və hədəf mərkəzdənqaçma siyasəti yürüdən İrəvana mesaj verməkdir. Və böyük ehtimalla bu mesajlar artıq sonunculardır, Paşinyan Poroşenko olmaq istəsə, ruslar güc yoluna əl atacaq. Bir neçə gün öncə Rusiyanın gümrüdəki 102-ci hərbi bazasının əsgərləri Panik kəndində havaya güllə açması və kənd sakinlərini qorxutması da İrəvana ünvanlanmış mesajlardan biri idi.
 
Publika.az xəbər verir ki, Ermənistanda rusların ölkəyə hücum etməsi haqda narahatlıqlar yaranıb.
 
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya Ermənistanda Ukrayna ssenarisini təkrarlaya bilər: “Əgər İrəvan müstəqil xarici siyasət aparmağa davam edəcəksə, bu, baş verəcək. Nikol Paşinyanı bununla bağlı açıq təhdid edirlər. Ukrayna ssenarisi iki istiqamətdə həyata keçirilə bilər: birinci, Dağlıq Qarabağ Ermənistandan alınıb Azərbaycana qaytarıla bilər; ikinci, Moskva Ermənistana verdiyi qazı kəsə, yaxud qiymətini istədiyi qədər artıra bilər”.
 
Erməni şərhçi Paşinyanın Panik kəndində rus hərbiçilərin davranışına münasibətini xatırladıb.
 
“Paşinyan baş verənləri Ermənistanın müstəqilliyinə qarşı təxribat adlandırdı. Bu açıqlamaya rusiyalı ekspertlərin mövqeyi diqqət çəkir. Stanislav Tarasov (Rusiyada ermənipərəst “Regnum” agentliyinin eksperti - red.) Paşinyanı buna görə tənqid etdi. Bildirdi ki, “baş nazir məsələni dəqiqləşdirməli, Rusiya tərəfi ilə müzakirələr aparmalı idi və yalnız bundan sonra açıqlama verməli idi. Lakin onun bunu təxribat adlandırması anlaşılmazdır”. Ekspertlərin qiymətləndirmələri deməyə əsas verir ki, Moskvada Ermənistana qarşı hücum hazırlanır. Hələ ki bu hücumun təbliğat fonu yaradılır”, - deyə erməni ekspert vurğulayıb.
 
Asif

Загрузка...
Загрузка...