"Paşinyanı törətdiyi cinayətlərinə görə ermənilər parçalayacaq" - DEPUTAT

Baxış sayı: 
213
2  
0  

“Döyüş meydanında uduzan, xeyli sayda canlı və hərbi texnikasını itirən Ermənistan növbəti dəfə də beynəlxalq hüquq normalarını pozur. Belə ki, Ermənistan  rəhbərliyi qadınlar, qocalarla yanaşı uşaqları da orduya cəlb edir. Bu da açıq şəkildə beynəlxalq uşaq hüquqlarının pozulmasıdır”.

Bu sözləri KONKRET.az-a açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, müharibəyə uşaqların cəlb edilməsi hərbi cinayətdir:

“Düşmən tərəfdə belə halın olması uşaq hüquqlarını qoruyan beynəlxalq təşkilatların hərəkətə keçməsi üçün bir siqnal olmalıdır. Ermənilər döyüş meydanında müzəffər ordumuzun qabağına çıxartmağa canlı qüvvə tapmır. Bir az əvvəl qocaların, sonra da qadınların müharibəyə göndərildiyini müşahidə etmişdik. İndi də uşaqların döyüş meydanında hərbi əməliyyatlara cəlb olunduğunu görürük. Dağlıq Qarabağa güclə göndərilən, bir az başında ağılı olanlar döyüş meydanına çıxmaqdan qaçırlar və fərarilik kütləviləşib. İndi də fərarilərin yerini doldurmaq üçün uşaqları aldadaraq cəbhəyə göndərirlər. Ordumuz mülkü insanlarla və uşaqlarla müharibə aparmır. Amma silaha sarılmış hər bir kəs bizim üçün leğitim hədəfdir və məhv olunacaqdır. Ermənilər uşaqları müharibəyə göndərməklə özlərinin gələcəyini də məhv etmiş olurlar. Təbii ki, xalqını belə məhvə aparan Baş nazir Paşinyandır. Bu gün o, hakimiyyətini uzatmaq üçün heç nəyi düşünmədən hərbi əməliyyatları uzatmaq istəyir. Bizim yaşayış məntəqələrimiz qadağan olunmuş ballistik raket atəşinə tutulur. Özlərinin vandal və barbar əməllərindən əl çəkmirlər. Bütün bunlar onu göstərir ki,  döyüş meydanında uduzan düşmən daha da azğınlaşır. Rəşadətli ordumuz öz haqq işini görür.  İşğaldan azad olunan ərazilərimizin siyahısı günü-gündən genişlənir və böyük qələbəyə çox az qalıb. Zaman gələcək ki, Paşinyanı törətdiyi cinayətlərinə görə ermənilər parçalayacaq”.

Загрузка...
Загрузка...