“Paşinyan üçün əsas problem o deyil ki, komandası yoxdur, əsas problem odur ki...”

Baxış sayı: 
54
2  
0  

Tofiq Zülfüqarov: “Onun parlament seçkiləri nəticəsində komanda formalaşdırması şübhə altındadır”
“Paşinyan komandadan məhrumdur. Bu günə qədər baş verən proseslər bunu əyani surətdə ortaya qoydu. Onun parlament seçkiləri nəticəsində komanda formalaşdırması çox böyük şübhə altındadır”.

Bunu Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, Paşinyanın parlament seçkiləri nəticəsində də komandaya malik olması ehtimalı inandırıcı görünmür. Ekspertin sözlərinə görə, onun seçkilərdən sonra da komandadan məhrum olma ehtimalı kifayət qədər böyükdür:

“Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərində müxtəlif siyasi qanadları təmsil edən insanlar qalib gələcəklər. Seçkilər Respublika Partiyasının təzyiqi altında olmayacaq. Belə bir şəraitdə Paşinyanın normal komanda formalaşdıra biləcəyi inandırıcı görünmür. Bu, Paşinyan üçün olduqca ciddi problemdir. Bu problemin mövcudluğu əlavə digər problemlərin də meydana çıxmasına zəmin yaradır”.

Загрузка...
Загрузка...