​Paşinyan total hücum qərarı verdi: İrəvan küçələri... - Video

Baxış sayı: 
462
0  
0  

 
İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.
 
Axar.az xəbər verir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.
 
Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.
 
***
 
İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.

 
Bununla Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.
 
Artıq İrəvanın mərkəzində müxtəlif şayiələr yayılmağa başlanıb. Rusiyanın “Ekpress qəzeti” şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.
 
Ermənistan Baş naziri Serj Sərkisyan da etiraz aksiyalarına reaksiya verib. Sərkisyan dünənki açıqlamasında bu aksiyaların ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib.
 
***
 
İrəvan polisi mitinq iştirakçılarının gözlənilməz istiqamətlərdə hərəkətlərilə bağlı bəyanatını “ciddi təhlükə” adlandırıb.
 
Polisdən bildirilib ki, dövlət idarələri xüsusi qorunan obyektlər hesab olunur və polislərin də vəzifəsi həmin obyektləri təhlükə olacağı təqdirdə, silah gücünə də olsa, qorumaqdır:
 
“Vətəndaşları, aksiyalarda iştirak edən yeniyetmələri, onların valideynlərini ayıq-sayıq olmağa, aksiya təşkilatçılarının çağırışlarına məhəl qoymamağa çağırırırq”.
 
***
 
Paşinyan və tərəfdarları yürüş zamanı "Surmalu" və "Petak" ticarət mərkəzinə daxil olub. Polis kardonunu yararaq içəri girməyə nail olan Paşinyan tacirləri tətilə çağırıb və 19:00-da Respublika meydanında böyük mitinq olacağını bildirib.
 
***
 
İrəvanda etirazçılar Qaregin Njde meydanına gəliblər. Onların avtomobil sürücüləri dəstək veriblər.
 
Etirazçılar Serj Sərkisyanın üstünə qara lent bağlanmış portretini də qaldırıblar. Sərkisyanın portreti etirazçılar tərəfindən tərsinə tutulmuş vəziyyətdə daşınıb.
 
***
 
Etirazçılar ABŞ səfirliyinin qarşısına doğru hərəkət etməyə başlayıblar.
 
***
 
İrəvandakı etirazçılar dinc nümayiş adı altında qeyri-qanuni fəaliyyətlərə yol verir.
 
Bu barədə Ermənistan polisinin yaydığı yeni bəyanatda bildirilib.
 
Polis etirazçıların mülki vətəndaşlara qarşı güc tətbiq etdiyini, insanların həyatına təhdid yaratdığını açıqlayıb. Bundan başqa polisə qarşı da güc tətbiq edildiyi vurğulanıb. Polis belə hallarda hüquq-mühafizə orqanlarının administrativ tədbirlər görmək məcburiyyətində olduğunu bəyan edib.
 
***
 
İrəvanda keçirilən etirazlarda saxlanılanlar arasında yeniyetmələr də var. Saxlanılanların azad edilməsi üçün polis bölmələrinə Yelk Blokunun deputatları Edmon Marukyan, Gevork Qorqisyan və Mane Tandilyan gəliblər. Onlar saxlanılanlar arasında aktivist David Petrosyanın da olduğunu bildiriblər. Onun üzərində işgəncə izləri aşkarlanıb.
 
Nikol Paşinyanın rəhbərlik etdiyi etirazçılar isə saxlanılanların azad edilməsi üçün İsakova prospektində hər iki istiqamətdə hərəkətə mane olublar. Onlar saxlanılanların dərhal buraxılmasını tələb edirlər.
 
Bu prospekt İrəvan hava limanına aparan əsas yollardan biri hesab edilir.
 
***
 
İrəvanda polis tərəfindən saxlanılan etirazçıların sayı 100-ə çatıb. Bu göstərici saat 13:30 qədərki müddət ərzində qeydə alınıb.
 
***
 
İrəvan meriyası Nikol Paşinyana mitinq keçirmək üçün verdiyi icazənin müddətinin bitdiyini açıqlayıb.
 
Meriya Paşinyana mitinq üçün icazənin 13-18 aprel tarixləri üçün verildiyini bildirib. Şəhər administrasiyası həmçinin etirazçıların aksiyaları öncədən planlaşdırılan yerlərdə keçirmədiklərini vurğulayıb.
 
***
 
Gümrü şəhərinin Vardanants meydanında aksiya iştirakçıları ilə polislər arasında toqquşma yaşanıb.
 
Məlumata görə, polislər aksiya iştirakçılarına maneə olmağa çalışıblar, nəticədə bəzi iştrakçılar saxlanılıb.
 
***
 
Müxalifət fəalları İrəvanda yenidən mitinqlərə başladıb. Yağmurlu havada onminlərlə insan Respublika meydanına toplaşıb.
 
***
 
Ermənistan Prezidenti Armen Sərkisyan mitinq iştirakçılarını dialoqa çağırıb.
 
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
“Fikrimcə, bu kimi durumların həlli üçün yeganə yol istənilən formatda dialoq, qarşı tərəfə hörmət və səbirdir. Dövlət başçısı kimi bu situasiyadan çıxış yolu olaraq müxalifəti dialoqa dəvət edirəm”, - deyə Sərkisyan bildirib.
 
***
 
Böyük mitinqdən öncə yürüş baş tutub və Nikol Paşinyan yürüşün Aşot adlı polisə həsr edilməsini istəyib. O bildirib ki, Baqramyan prospektində yürüş zamanı onların çağırışı ilə Aşot adlı polisin nənəsi mitinqçilərin sıralarına qatılıb.
 
Hazırda Respublika meydanında aksiya davam edir.
 
***
 
Mitinq başa çatıb və Paşinyan sabah üçün planı elan edib.
 
Etirazçılar səhər 8:15-dən başlayaraq, İrəvanın bütün küçə və prospektlərini total olaraq bağlamağı hədəfləyiblər.
 
Qeyd edək ki, etiraz aksiyaları 13 apreldən start götürüb.

Загрузка...
Загрузка...