Paşinyan Təhlükəsizlik katibini təcili Qarabağa yolladı...

Baxış sayı: 
144
1  
0  
Bu gecə Azərbaycan torpağında 3 erməni koronavirusla bağlı karantinə alınıb...
Ermənistanın baş naziri N.Paşinyan dünən  Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təcili Azərbaycanın işğal edilmiş  torpaqlarına ezam edib.
 
Turaninfo.org xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, A.Qriqoryan  martın 26-dək  Xankəndində olacaq. 
 
Təhlükəsizlik katibinə 3 gün ərzində Qarabağdakı vəziyyət barədə baş nazirə hesabat vermək tapşırılıb.
 
Xatırladaq ki,  Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim  koronavirus təhlükəsinə rəğmən martın 31-də qanunsuz “prezident” və “parlament” “seçki”ləri keçirməkdə qərarlıdır.
 
Bu gecə yayılan məlumata görə, Qarabağda 3 erməni koronavirusla bağlı karantinə alınıb.

moderator.az

 
Загрузка...
Загрузка...