Paşinyan məzuniyyətini Dağlıq Qarabağda keçirdi — FOTOLAR

Baxış sayı: 
48
1  
0  

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan noyabrın 1-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edən zaman qısamüddətli məzuniyyətini də orada keçirib. 

Turaninfo.org erməni KİV-lərində istinadla xəbər verir ki, səfər zamanı Nikol Paşinyan Xankəndi şəhərində işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə hərbi müşavirə aparıb. 

Müşavirəyə Ermənistan rəsmiləri – Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri əvəzi, xarici işlər naziri əvəzi, Milli Təhlükəsizlik Xidmətinin direktoru, Silahlı Qüvvələrin Baş Qərargah rəisi də qatılıb.

Qanunsuz səfər çərçivəsində Nikol Paşinyan Dağlıq Qarabağda işğalçı rejimin rəhbəri Bako Saakyanla da müzakirələr aparıb, hərbi qulluqçularla bir araya gəlib.

Xatırladaq ki, 1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

 
Demokrat.az
 
Загрузка...
Загрузка...