Paşinyan: Misli görünməmiş həcmdə silah almışıq

Baxış sayı: 
119
2  
0  

2018-ci ilin mayından 2020-ci ilə qədər Ermənistanın müdafiə xərcləri 66 milyard dram (138 318 054,81 dollar) və ya 28% artıb.
 
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, Ermənistanın 2018-ci ildən etibarən “misli görünməmiş həcmdə” silah və sursat aldığını bildirib.
 
Paşinyan bundan sonra da regionda hərbi balansı bərpa etməyə çalışacaqlarını deyib.

Загрузка...
Загрузка...