Parodontoz – dişlərin sonunu gətirən gizli xəstəlik – Səbəbləri, müalicəsi

Baxış sayı: 
49
1  
0  

Parodontoz 50% insanın rastlaşdığı, ağrı və ciddi simptomları olmayan, sanki qəfil başlayan, qanlı və dişlərin düşməni olan bir xəstəlikdir. Bir çox insanlar artıq dişlər laxlayıb düşənə yaxın xəbər tutur.
 
 
 
İllər öncə başlayan, bir çox ağırlaşmaları olan, gizli gedən sistem xəstəliyi olan parodontoz nədir, necə başlayır, əlamətləri hansılardır?
 
Tibbdə parodontoz parodontun toxumasının distrofik sistem xəstəliyidir.
 
 
 
Parodont nədir: alveor çıxıntı, çənənin sümük toxuması, dişləri əhatə edən yumşaq toxuma.
 
Parodontozu parodonditdən fərqləndirən əlamət iltihabi əlamətin olmamasıdır.
 
 
 
Qeyd edək ki, parodondit və parodontoz fərqli xəstəliklərdir, hansı ki, adı və əlamətləri ilə həkimləri belə çaşdırır.
 
 
 
Diaqnoz üçün:
 
 
 
Stomatoloq həkim vizual müayinə edir, dişlərin hərəkətliliyini yoxlayır, ortopantoqramma çəkir, damaqda mikrosirkulyasiyanı qiymətləndirir, zondlama aparır. Müalicəni stomatoloq, endokrinoloq, üz-çənə cərrahı və digər həkimlər apara bilər. Çünki bu xəstəliyin səbəbləri təkcə dişlə bağlı olmaya da bilir.
 
 
 
Bu əlamətlərə diqqət:
 
 
 
-Sümük toxumasında, damaqda dəyişiklik – bu rentgendə aydın görünür
 
-Damağın aşağı düşməsi
 
-Diş dibinin üzə çıxması
 
-Damaq diş dibində ağarır
 
-Dişdə karies yoxdur amma zədələnir
 
-Dişlərin həssaslığı artır
 
-Diş kökü çılpaqlaşır
 
 
 
Xəstəliyin səbəbləri hələ ki, dəqiq deyil. Bir çoxları bildirir ki, bu irsi xəstəlikdir, qan dövranı pozulması, ateroskleroz, diabet, endokrin xəstəliklər, həzm problemi, sümüklərdə ərimə-osteoporoz dişlərə də təsir edir.
 
 
 
Müalicəsi
 
 
 
Heç bir qarqara, maz, xaricdən müdaxilə xəstəliyə təsir etmir, çünki bu sistem xəstəliyidir. Tam mülaicəsi mümkün deyil, yalnız ağırlaşmış fəsadlarının qarşısı alına bilər.
 
 
 
Kompleks müalicəyə diş daşının təmizlənməsi,ağız boşluğunun sanasiyası, çürük dişlərin müalicəsi, plombların yoxlanması, dişarası kontaktların normallaşdırılması, protezlənmə, iplant diş, dərman müalicəsi, qan dövranı artıran prosedurlar, damaq ətinin müalicəsi daxildir.
 
Parodontozda fizioterapiya: barokamera, elektrofarez, masaj, Ultrasəslə terapiya və s.
 
 
 
Parodontozun qarşısı vaxtında alınmasa dişlərin itirilməsinə, çənə sümüyünün dağılmasına, həzm sisteminin pozulmasına gətirib çıxarır.
 
Ağır mərhələdə sümüklərin iltihabı – osteomielit başlaya bilər ki, bu da xəstənin həyatı üçün ciddi təhlükədir. \\Medicina.az

Загрузка...
Загрузка...