Parlamentdə baş nazir Nəsib bəy Yusifbəyliyə kəskin irad: "Ölkənin iqtisadiyyatını bu çökdürür"

 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ilə bağlı silsilə yazılarına davam edir.
 
Bu dəfə ADR-in sənaye və ticarət nazirinin müavini, ondan əvvəl isə daxili işlər naziri işləyən Behbud ağa Cavanşirlə bağlı maraqlı bir faktı təqdim edirik.
 
Qeyd edək ki, 1886-cı ildə Tərtər nahiyyəsinin Azad Qaraqoyunlu kəndində anadan olub. Orta təhsilini Tiflis real məktəbində alıb, sonra dünyada ilk ali-texniki məktəb olan Frayberq Dağ-mədən Akademiyasını (Almaniya) bitirib. O, bu Akademiyanın ilk azərbaycanlı məzunu idi. Behbudağa Cavanşir Almaniyada təhsilini başa vurduqdan sonra İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxuyur, alman, ingilis, fransız, rus və gürcü dillərini mükəmməl öyrənir. 1916-cı ildə Azərbaycana qayıdan Behbudağa Bakının bir sıra neft müəssisələrində baş mühəndis vəzifələrində çalışır. B. Cavanşir Ə.Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı, qarşısma milli ideyalann həyata keçirilməsi kimi ali bir məqsəd qoymuş “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil olub. O, həmçinin “Nicat” cəmiyyətinin və “Rus texniki cəmiyyəti”nin Bakı şöbəsinin üzvü seçilib. Texniki cəmiyyətin elmi əsərlərində Behbudağa Cavanşirin xeyli elmi və elmi-kütləvi səpkili məqaləsi çap olunub.
 
Bioqrafiyasında ən şanlı səhifə isə təbii ki, Xoyski hökumətində nazir təyin edilməsidir. Xoyski Behdud ağaya o qədər inanırdı ki, ona o zaman üçün ən çətin vəzifəni- özündən sonra daxili işlər naziri postunu- təklif edir. Behbud ağa bu təklifi qəbul edir və etimadı doğruldur. Daha sonra isə tamam fərqli sahəyə - iqtisadiyyat, ticarətə nəzarət etmək üçün yeni qurulan hökumət kabinəsinə dəvət edilir. Sənaye və ticarət nazirinin müavini olur. Çoxları Xoyskinin bu təyinatının uğurlu aınmayacağını düşünürdü. Lakin B.Cavanşir həm nazir müavini, həm də parlament üzvü olarkən, iqtisadi bilgiləri, uzaqgörənliyi ilə hamını təəccübləndirib.
 
B.Cavanşir sənaye məsələlərindən hərtərəfli baş çıxardığım sübuta yetirən  bir fakt: O, Parlamentin 27 noyabr 1919-cu il tarixli iclasında çıxış edərək hökumətin maliyyə və sənaye fəaliyyətini tənqid edib, N. Yusifbəyli hökumətinin 8-10 ay ərzində qaçaqmalçılara qarşı iqtisadi vasitələrlə mübarizə aparılmadığını, şəhərdə vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməməsini qeyd edirdi. Ona görə, qaçaqmalçılığın yayılmasına şərait yaradan səbəblərdən biri ölkədə mövcud olan iqtisadi qadağanlar sistemidir. Bu sistemin ucbatından istehsalçılar istehsal etdikləri mallan əhaliyə çatdınnaq əvəzinə anbarlarda yatızdırır və beləliklə zay olmuş xeyli məhsullan atmalı olurlar. Bundan isə hər iki tərəf ziyan görürdü. 1918-ci ilin dekabrında F.Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Behbudağa Cavanşir tutduğu hökumət vəzifələrini tərk etmiş, həmin dövrdən sonra Azərbaycan Parlamentində fəaliyyət göstərməklə yanaşı, həm də “Dəyanət” fərdi xarici ticarət birliyinin təsisi və onun işinin təşkili ilə bağlı məsələlərlə məşğul olmuşdur. Ancaq hansı sahədə çalışmasından, hansı problemlərin həllinə girişməsindən asılı olmayaraq, o, gəncliyindən seçdiyi yolla - Vətənə, millətə təmənnasız xidmət yolu ilə gedirdi və nə qədər sağ idi heç bir qüvvə onu bu amalından döndərə bilməzdi.
 
Elmin Nuri

Загрузка...
Загрузка...