​Paris polisi “sarıjiletlilər”ə qarşı gözyaşardıcı qazdan istifadə etdi

Baxış sayı: 
37
1  
0  

Hurriyyet.org xəbər verir ki, Fransa polisi Parisdə mitinq edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
 
Rusiyanın TASS agentliyinin xəbərinə görə, polis bu addımı bir neçə dəfə, Sen-Lazar vağzalındakı etirazçıları qovlamağa çalışarkən atıb. Vağzalın binasında mitinq iştirakçıları ilə polis arasında toqquşma olub. Zabitlər nümayişçiləri itələyərək onların maskalarını çıxarıblar.
 
Bu gün paytaxtdakı Madlen meydanı rayonunda “sarıjiletlilər”in növbəti etiraz aksiyası başlanıb. Polis onları Sen-Lazar vağzalına doğru sıxışdırıb. Vağzalın çıxışında polis etirazçılara qarşı növbəti dəfə gözyaşardıcı qazdan istifadə edib.
 
Xatırladaq ki, “sarıjiletlilər”in irimiqyaslı etiraz aksiyaları Fransada 2018-ci il noyabrın 17-də, yanacağın və benzinin bahalaşması ilə əlaqədar başlanıb. Əvvəlçə nümayişçilər sosial tələblər irəli sürüblər, sonradan isə siyasi məsələləri qaldırıblar. Onlar həm də hökumətin istefa verməsini tələb edirlər.

Загрузка...
Загрузка...