Pandemiya Azərbaycanda nə zaman bitəcək? - ÜST rəsmisi açıqlayır

Baxış sayı: 
97
0  
0  

Koronavirus biz onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcək. Bunu anlamağımız şərtdir.
 
Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı yazıb.
 
“Qarşımızda hələ bir uzun yol var. Xoşumuza gəlməyən, vərdiş etmədiyimiz, bizə çətin gələn şeyləri etmək məcburiyyətində olacağımız aylar var. Bunun başqa yolu, qısa yolu yoxdur”, - ÜST rəsmisi qeyd edib.
 
O, cəmiyyətin müxtəlif təbəqələri üçün bu istiqamətləri vurğulayıb: “Hər kəs: sosial məsafəni qoruyun, əlllərinizi yuyun, maska taxın.
 
Səhiyyə işçiləri: test et, izolyasiya et, təmasda olanları izlə, karantinə al.
 
Ancaq bu formada özümüzü və sevdiklərimizi qoruya billərik”.
 
Zümrüd

Загрузка...
Загрузка...