​Oyun zamanı meydançaya girən heyvanlar – Bu videolara çox güləcəksiniz – VİDEO

Baxış sayı: 
659
0  
0  

 
Futbol oyunları zamanı azarkeşlərin meydançaya daxil olmasının tez-tez şahidi oluruq.
Ancaq bəzən yaşıl meydançalara heç gözlənilməyən qonaqlar, heyvanlar daxil olur və maraqlı görüntülərin yaranmasına səbəb olur.
Minval.İnfo yaşıl meydançalara heyvanların daxil olmasıyla yaranmış ən maraqlı görüntüləri təqdim edir.
2014-cü ildə “Barselona” və “Leççe” komandaları arasındakı oyun zamanı qara pişik meydançaya daxil olur. Qara pişiyin adətən uğursuzluq gətirdiyinə inanılır. Oyunun “Leççe”-nin 3-0 hesablı məğlubiyyəti ilə başa çatdığını nəzərə alsaq pişiyin hansı komandaya uğursuzluq gətirdiyini deyə bilərik.
 
2012-ci ildə “Liverpul” və “Totenham” klubları arasındakı oyun zamanı yenə bir pişik meydançaya daxil olur.
 
Bu hadisə isə  futbol tarixində görülmüş il və yeganə hadisələrdəndir. Belə ki, 1969-cu ildə “Kolçester” və “Brentford” komandalar arasındakı oyun zamanı meydançaya it daxil olur. Topun arxasına düşən it sonda qapıçıyla toqquşaraq qapıçıya xəsarət yetirir.
 
2012-ci il ümumilikdə meydançalarda tez-tez heyvanların görülməsiylə yadda qalıb. “Blekbörn” və “Uiqan” komandaları arasındakı oyun zamanı meydançaya toyuq daxil olur. Toyuğa “Blekbörn” komandasının bayrağı geyindirildiyini nəzərə alıb deyə bilərik ki, bunu rəqib komandanın azarkeşləri edib.
 
ABŞ-da qadın komandalarının oyunu zamanı meydançaya dələ daxil olur. Dələ sonradan qeyri adi metodla meydançadan kənarlaşdırılır.
 
 
Bu it isə meydançanı o ki var bir-birinə vurur.
 
 
İsraildə futbol matçı zamanı meydançaya xoruz daxil olur.
 
Tamerlan Mehdi

Загрузка...
Загрузка...