Osmanlı hakimiyyətini və "Dədə Qorqud" dastanını birləşdirən sufi rəmzləri- Gizli tarix

 
 
 
Batin alimi, misirşünas araşdırmaçı Firudin Gilar Bəg Moderator.az-a açıqlamasında gizli rəmz və işarələr barəsində daha bir maraqlı məqama toxunub. O, Osmanlı imperiyasını əsrlər boyunca idarə edən “Dövləti aliyyə”sinin, eləcə də ortaq türk dastanı “Kitabi-Dədə Qorqud”un gizli sufi rəmzləri ilə əlaqəsini irəli sürüb:
 
“Hamıya məlumdur ki, Osmanlı imperatorluğunun XIII əsrdən XX əsrə qədər adı - "Dövləti Aliyyə" olub. "Ali" rəmzi, ən qədim mənbələrdə Assurlara  aid edilir və Alu kimi keçir. Alban mənbələrində Alu rəmzi Albaniyanın digər adı sayılır. Başqa sözlə, qədim müdriklərin sufi məntiqində "Dövləti Alliyye" dedikdə - Alban dövləti nəzərdə tutulur. Lakin Alban rəmzi özü sufi-batinilərdə "El-Benu", yəni qədim Misirin Ba ruhlarının "dünyası" mənasında göydə yaradılan ruhlar dünyasına aid edilir. Sufi-batinilərdə "El-Benu" rəmzi həm də "Nəbi -Eli" deməkdir ki, bu da "peyğəmbərlər vilayəti" fikrini ifadə edir. Başqa sözlə, "Dövləti Aliyye" dedikdə sufi-batinilər, peyğəmbərlərin göydəki ölkəsini -İç Oğuz- nəzərdə tuturlar. “Kitabi Dədə Qorqud”da "Oğuz eli" dedikdə də məhz bu ruhlar dünyası nəzərdə tutulur ki, buradakı qəhrəmanların bir yerə getmələri -"qondu" sözü ilə qeyd olunur. "Qonmaq" isə quşlara xasdır və qədim Misir mənbələrində Ba, yəni Benu ruhları məhz əlləri olan, insan başlı quş kimi göstərilir.
 
Bildiyimiz kimi Osmanlı imperatorluğunun qurucusu Osman Qazi hesab olunur. Osman rəmzi sufi-batinilərdə “İssi-Əman”, yəni “Əman ruhu” deməkdir ki, bu da qədim Misirin Amon Allahının ruhu mənasındadır. Deməli, Osman dedikdə sufilər pir-firon Amonun göydə ölümsüzlük qazanmış ruhunu nəzərdə tuturlar. “Kitabi Dədə Qorqud”da Amon adı – “bığı qanlı Bəkdüz Əman” kimi keçir. “Qazi” rəmzi isə sufi-batinilərdə “Oğuz” rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Dövləti Aliyyə - Əman Allahın  Oğuz eli mənasndadır. Orxon yazılarında məhz bu Türk xanı - Tanrı tək göydə Tanrı yaratdığını iddia edir. Oğuz Eli isə İç və Taş Oğuzdan ibarətdir və buradakı İç Oğuz - göydəki ruhlar dünyası mənasındadırsa, Taş Oğuz yerdəki Oğuz Eli mənasındadır. Assur mənbələrində də bu Oğuz Eli – “Alu Libbi Alu”, yəni “El içində El” fikrini ifadə edirdi və s.
Bütün bunlar o deməkdir ki, "Dövləti Aliyye" dedikdə, Rəhman Allahın göydə yaratdığı Göytürk xaqanlığının (İç Oğuz) - yerdəki ölkəsidir”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...