Ordumuzdan ermənilərə AĞIR ZƏRBƏ: Şəhidimizin qisasını almaq üçün yaxın saatlarda... - FOTO

Baxış sayı: 
119
3  
0  

“Ermənistan tərəfinin həyasızlığı, beynəlxalq normalara əhəmiyyət verməməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu kimi təxribatlara adekvat münasibət bildirməməsi düşməni şirnikləndirir”.

Turaninfo.org xəbər verir ki,Bu sözləri publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.


Hərbi ekspert ötən il Qazax istiqamətində bəzi postların Milli Ordudan alınaraq Sərhəd Qoşunlarına verilməsini xatırladıb: "Bu, ölkə rəhbərliyinin siyasi qərarı idi. Dövlət Sərhəd Xidməti də həmin mövqeləri Müdafiə Nazirliyindən təhvil alandan sonra orada müəyyən işlər apardı. Həmin istiqamətdə bizim Qazax Əlahiddə Diviziyamız var. Sərhəd diviziyamız həm Azərbaycan-Gürcüstan, həm də Azərbaycan-Ermənistan sərhədində qarşıya qoyulan tapşırıqları yerinə yetirir. Bizim Sərhəd Xidmətimizin əsgər və zabitləri bu müddət ərzində çox böyük işlər görüb. Bir müddət bundan əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dəvəti ilə ictimaiyyət və mətbuat nümayəndələri işğaldan uzun müddət əziyyət çəkən əraziləri bizimlə tanış etdi. Texnikanın işləyə bilməyəcəyi bir yerdə əsgərlərimiz mühəndis istehkam qurğuları vasitəsilə mövqelər qurub”.

Üzeyir Cəfərli son 2 gündür Azərbaycan əsgərlərinə qarşı törədilən təxribatın cavabsız qalmayacağını deyib: “Cəlilabaddan və Bərdədən hərbi xidmətə çağırılan əsgərlərimizin şəhid olması xəbəri bizim üçün ağır və üzücü haldır. Ancaq belə hallar müharibə vəziyyətində olan ordularda gündəlik rast gəlinə bilən hadisədir. Burada Ermənistan tərəfinin həyasızlığı, beynəlxalq normalara əhəmiyyət verməməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu kimi təxribatlara adekvat münasibət bildirməməsi düşməni şirnikləndirir. Azərbaycan əsgərləri - həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi düşmənə yetərincə zərbələr vurublar. Hərbiçilər özbaşına deyil. Onlar əmrə tabe insanlardır. Ali Baş Komandan qərar verdikdən sonra nəsə demək olar. Düşmənin hansı zərbələr alması ilə bağlı biz xırda detalları açıqlayırıq. Ermənistanm tərəfi təxribatlarına qarşı layiqincə cavabını alıb. Yanvar 1-dən bu günə qədər düşmən 20-dən artıq əsgərini itirib. Düşmən onların 9-nu rəsmi olaraq paylaşsa da, digərlərini gizlədib, başqa adla təqdim edir.
Düşünürəm ki, bu təxribatın düşmən üçün hansı ağır fəsadları verəcəyini yaxın saatlarda və ya yaxın bir neçə gündə şahidi olacağıq”.
Qeyd edək ki, Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məhərrəm Əliyev

 

Загрузка...
Загрузка...