Ordumuz Baqanesi atəşə tutub? - Nazirlikdən açıqlama

 
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlərə cavab olaraq bildirib: “Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
 
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

Загрузка...
Загрузка...