​Ordu 30 kilometr irəlilədi: Türk qırıcıları Mənsurəni vurur

Baxış sayı: 
57
3  
0  

 
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”, - Ərdoğan bildirib.
 
Qeyd edək ki, Ərdoğanın açıqlaması ilə paralel olaraq Türkiyə mətbuatı Suriyanın Rasulayn bölgəsinin vurulmasına dair xəbərlər verib.
 
***
 
Türkiyə ordusu sərhəddən 30 kilometr içəriyə doğru hərəkət edib və PKK/YPG-nin hədəflərini məhv edib.
 
***
 
Türkiyə Silahlı Qüvvələri Tel-Abyaddakı hədəfləri də raketlərlə aramsız olaraq vurmağa başlayıb.
 
***
 
YPG/PKK terrorçuları Türkiyə hərbi təyyarələrinin hədəfini məhdudlaşdırmaq üçün təkərləri yandırıb. Ərazini tüstü bürüyüb.
 
***
 
Türkiyə hərbi təyyarələri Haseke bölgəsindəki Mənsurə bəndinə zərbələr endirir.
 
Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Загрузка...
Загрузка...