"Onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi..." -

Baxış sayı: 
24
1  
0  

"Onun kimi rol oynamaq, onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi".
 

 

Turaninfo.org xəbər verir ki,Bu sözləri BiG.AZ-a açıqlamasında mərhum xalq artisti Amaliya Pənahovanın vida mərasimində iştirak edən əməkdar artist Kəmalə Müzəffər deyib. Aktrisa kədərini bu sözlərlə ifadə edib:

"Bu yol elə bir yoldur ki, tək Amalya Pənahova deyil, Kəmalə Müzəffər da keçəcək. Hər bir doğulan insan bu yoldan keçəcək. Təbii ki, bu, hər birimiz üçün ağır itkidir. Onun kimi rol oynamaq, onun kimi gözəl olmaq ən böyük arzularımdan biri idi. 1986-cı ildə qəbul imtahanı verən zaman mənə dedilər ki, bir mahnı oxu. Mən də onun "Unuda bilmirəm" tamaşasındakı mahnını oxudum. Mən o mahnını oxuyan zaman çalışdım ki, onun kimi oxuyum. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun".

Загрузка...
Загрузка...