​“Onun da savadı elə ora qədərdir” - Elcan Rəsulovdan "Nu poqodi" qalmaqalına cavab

Baxış sayı: 
22
1  
0  

Xəbər verdiyimiz  kimi,  müğənni Şəbnəm Tovuzlu "Üçümüz" verilişində "Nu poqodi" cizgi-filmi ilə bağlı suala cavab verərkən gülməli vəziyyətə düşməsindən danışıb. "Hamı məni sevmək məcburiyyətində deyil. Verilişdə mənə düzgün sual vermədilər. Deyir ki, "Orada qurdun adı nədir? Sualı düzgün qurmadı. Məni verilişlərə çağıranda aparıcıya hörmət edib gedirəm", - xanım ifaçı bildirmişdi.
Məsələ ilə bağlı Elcan Rəsulov “Yeni Sabah”a açıqlamasında bildirib ki, o, verilişdə sualı düzgün verib:
 
“O, KVN zarafatıdır, sual düzgün idi. Tolikin verilişində Şəbnəm demədi ki, sual düzgün deyildi, yanındakı jurnalist Əfruzə (Ağayeva) dedi. Onun da savadı elə ora qədərdir. Bomba kimi də sual idi, KVN zarafatıdır. Onların sadəcə yaşları çatmır. Baxsınlar, bir az başqa şeylərə görəcəklər. Belə zarafatlar dünyanın hər yerində var. Sual da düzgündür. Obrazın adını soruşuram da... Niyə düzgün deyil ki?  Bu bir  əyləncəli improvizasiya şousudur. İlk dəfədir deyə müğənnilərimiz yəqin buna öyrəşməyiblər. Yavaş-yavaş öyrəşəcəklər, heç bir problem yoxdur”. 
 
O, xanım müğənni ilə münasibətlərinin yaxşı olduğunu da deyib:
 
“Şəbnəm müğənnilərin içərisində mənə ən yaxın olanlardan biridir. Özü də ən birinci tanıdıqlarımdan biridir, mən ona qəsdən elə bir şey etmərəm axı. Zarafat idi. Tolik verilişdə mənim yerimə necə cavab vermək lazım idisə, verib. Özü zəng vurdu. Bu barədə mənə dedi”.
 
Xatırladaq ki, sözügedən verilişdə aparıcı Elcan Rəsulov Şəbnəmə "Nu poqodi"də canavarın adı nədir?" sualını ünvanlamışdı.
 
Əsmətxanım
 
 
 
Yenisabah.az

Загрузка...
Загрузка...