​Onlayn narkomafiya şəbəkəsinin ifşasına dair təfərrüatlar

Baxış sayı: 
60
1  
0  

 
Bakıda narkotik satan şəxslərə qarşı keçirilən ən geniş miqyaslı əməliyyatda həbs edilənlər arasında 4 nəfər qadın da var. Əməliyyat zamanı 27 nəfər saxlanılıb. Böyük əməliyyat zamanı dəstənin başçıları Türkiyədə həbs edilərək Azərbaycana gətirilib.
 
İndi həmin şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, saxlanılan şəxslərdən 25 nəfəri həbsdədir. Onlardan iki nəfər qadın ev dustaqlığındadır. Həbs edilənlərdən biri Türkiyə vətəndaşıdır.
 
Əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
 
Dəstənin başçısı kimi İstanbul şəhərində yaşayan Ağayar Ağazadə və qohumu Orxan Ağayev həbs edilib.
 
Onlar narkotik vasitələrin onlayn satışını həyata keçirməkdə ittiham ediliblər. Ağayar Ağazadənin ləqəbi “Baba”, Orxan Ağayevin ləqəbi isə “Orxan XX” olub.
 
Həbs edilən digər şəxslər isə “Baba” və “Orxan XX”-in tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində satışını həyata keçiriblər.
 
Həbs edilən şəxslərin siyahısını təqdim edirik:
 
Natiq Şəbiyev, Rüfət Babayev, Elçin Kərimov, Elçin Babayev, Zəka Şahbazov, Ziya Şahbazov, Elməddin Vəliyev, Şamil Şamilov, Rəşad Ağayev, Arif Vəliyev, Rəşad Məmmədov, Nahid Nəsirli, Aqşin Paşayev, Pərvin Şabıyev, Kamran Abdulov, Zaur Şəbiyev, Emin Tağıyev, Ramil Məmmədov, Rasim Hacıyev, Türkel Seyidov, Elvira Ağayeva, Şəlalə Ağayev və Türkiyə vətəndaşı Bayar Aslandır.
 
İki nəfər- Şəhanə Ağayeva və Aytən Tağıyeva barəsibdə həbs qərarı seçilməyib, ev dustaqlığındadırlar.
 
Sön məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Orxan özünü tam, Ağayar isə özünü qismən təqsirli bilib.
 
Həbs edilənlərdən Zəka Şahbazov, Aqşin Paşayev, Emin Tağıyev və Türkel Seyidov isə özlərini qismən təqsirli biliblər. Digər şəxslər isə qətiyyən özlərini günahsız hesab ediblər.
 
Məhkəmə araşdırması fevralın 25-də davam etdiriləcək.
 
Bildirək ki, şəbəkənin narkotik satışı əməliyyatı fərqli üsulla olub. Orxan və Ağayar Türkiyədən narkotik sifarişi alaraq pulu karta hesablarına köçürtdürüblər. Sonra isə digər işlər varisi ilə narkotiki müştərilərə çatdırıblar.
 
İttihama görə, dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər.
 
Məsuliyyətə cəlb edilən qadınlardan biri dəstə başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevadır.
 
Dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.
 
Onu da xatırladaq ki, bu günə qədər bir çox narkotik işlərində "Baba"nın adı keçirdi. Belə ki, narkotik satışı və istifadəsi zamanı həns edilən xeyli sayda şəxs narkotik vasitələri Türkiyədə yaşayan "Baba"dan aldıqlarını etiraf edirdilər. Bildirirdilər ki, Bakıda narkotiki tanıyan hər kəs "Baba"nı da tanıyır.
 
Əlavə edək ki, "Baba"nın dəstəsinə daxil olan daha bir neçə şəxs də həbs edilib. Əməliyyatın daha da genişlənəcəyi bildirilir.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...