Onlarla insan alkoqollu içkidən zəhərləndi, ölənlər var

Baxış sayı: 
60
1  
0  

Malayziyada onlarla insan alkoqollu içkidən zəhərlənib.

Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, üç fərqli markaya malik alkoqollu içkidən 15 nəfər zəhərlənərək ölüb. Zəhərləndiyi ehtimal edilən daha 33 nəfər isə xəstəxanalara yerləşdirilib. Onların arasında xarici ölkə vətəndaşları da var.

Polis faktla bağlı bəzi mağazalardakı spirtli içkiləri müsadirə edib.

Загрузка...
Загрузка...