“Onlar bir yerə sadəcə şəkil çəkdirmək üçün yığışırlar”

 
 
Siyavuş Novruzov: “Xalq-iqtidar birliyi bu qüvvələrə də bəllidir, lakin...”
 
“Onlar bir yerə sadəcə şəkil çəkdirmək üçün yığışırlar. Məqsədləri bu şəkillər vasitəsi ilə ölkədə guya hansısa etirazın olduğunu diqqətə çatdırmaqdır. Halbuki, xalq-iqtidar birliyi bu qüvvələrə də məlumdur, lakin onlar aldıqları sifarişi yerinə yetirmək üçün bu cür addımlar atırlar”.
 
Bunu Moderator.az -a açıqlamasında Milli Şuranın bu gün keçiriləcək mitinqinə münasibət bildirən millət vəkili Siyavuş Novruzov söyləyib.
 
Millət vəkilinin sözlərinə görə, hakimiyyət əleyhinə şüarlar səsləndirən bu qüvvələrin ermənilər əleyhinə hansısa fikir söyləməsi halına rast gəlinməyib:
 
“Əli Kərimli və ətrafı hakimiyyət əleyhinə tənqidlər səsləndirsələr də, onlar son 10-15 ildə bir dəfə də olsun ermənilər haqqında hansısa tənqidi fikir bildirməyiblər. Kimsə deyə bilməz ki, bu müddət ərzində onlar bir kəs belə olsun ermənilər haqqında hansısa tənqid səsləndiriblər. Bir tək bu faktın özü bu qüvvələrin mahiyyəti haqqında çox şey deyir”.

Загрузка...
Загрузка...