​Öngörüsü doğruldu: ekstrasens daha nələr demişdi?

Baxış sayı: 
220
0  
0  

Tanınmış ekstrasens Nadim Alixanovun təyyarə qəzası ilə bağlı verdiyi proqnoz özünü doğruldub.
 
Axar.az xəbər verir ki, Nadim Alixanov ötən ilin son aylarında 2018-ci ildə baş verəcək hadisələrlə bağlı proqnozunu açıqlamışdı. Ekstarsens açıqlamalarında 2018-ci ildə təyyarə qəzasının olacağını bildirmiş, çox sayda insanın öləcəyini demişdi. Harada baş verəcəyini açıqlamayan ekstrasens bildirmişdi ki, bu qəza bizim ölkəyə elə də uzaq olmayan dövlətdə baş verəcək.
 
Xatırladaq ki, dünən Moskvanın “Domodedovo” hava limanından qalxan təyyarə əvvəlcə radarlardan yoxa çıxıb, daha sonra qəzaya uğradığı bildirilib. Moskva-Orsk reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində olan 71 nəfərin hamısı ölüb.
 
Yada salaq ki, N.Alixanov 2018-ci il illə bağlı verdiyi açıqlamada bir ölkə prezidentinə qarşı sui-qəsd, Rusiyada keçiriləcək çempionatda terror hadisəsi olacağını bildirib.
 
Ekstrasensin proqnozuna görə, 2018-ci ildə Ukrayna yenidən qarışacaq, dövlətdə böyük dəyişikliklər gözlənilir.
 
Türkiyədə yenidən terakt həyata keçiriləcək.
 
Ermənistanda da terrorlar olacaq və ölkə qarışacaq.
 
Daha sonra, ekstrasens iddia edib ki, 2018-ci ildə yenidən bir xəstəlik üzə çıxacaq, Yer üzündə milyondan çox insan öləcək.

Загрузка...
Загрузка...