Ölkənin ən təhlükəli pedofili azadlığa çıxır

Baxış sayı: 
79
1  
0  

Böyük Britaniyanın ən məşhur pedofili kimi tanınan Vanessa Corc sentyabrın sonuna kimi azadlığa çıxacaq.
 
Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” qəzeti bildirib.
 
Qadın 2009-cu ildə həddi-buluğa çatmayanlar və körpələr üzərində seksual zorakılığın 13 hadisəsi üzrə günahkar tanınıb. Qadın onların üzərində həyata keçirilən zorakılığı çəkir və görüntüləri yayırdı. O, öz qurbanlarını işlədiyi körpələr evlərində tapırdı.
 
Corca qarşı işi araşdıran polis zabitinin sözlərinə görə, cinayətkar şəkilləri başqa pedofillərə göndərirdi.
 
İki qızı qadından imtina edib, əri isə boşanıb. Hakimiyyətin fikrincə, 49 illik Vanessa Corc ətrafdakı insanlar üçün daha təhlükə təqdim etmir.

Загрузка...
Загрузка...