​Ölkələrdə həyat dayanıb, belə oyun ola bilməz – Əzizov

Baxış sayı: 
81
1  
0  

İki həftəndən bir bəzi küçə və prospektlərdə əlavə dezinfeksiya işləri aparılır. Bu prosesdə sıxlıq nəzərə alınır.
 
Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
 
"Dezinfeksiyanı tez-tez edə bilmərik. Bu, istər bitkilərə, istərsə də insanların sağlamlığına çox ciddi ziyan vurur. Hər iki həftədən bir dezinksiya olunan küçələrin sayı artırılır. 400-ə yaxın küçə dezinksiya olunub. Lakin bu, köməkçi xarakter daşıyır. Əsas öhdəlik vətəndaşların üzərinə düşür", - mer deyib.
 
Eldar Əzizov əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı var:
 
"Ötən günlərdə Bakı şəhər İcra Hakimiyyətinin məsul işçiləri əhali ilə görüşərək, problemin ciddi olduğunu onlara bildirdi. Bəzi insanlar bunun oyun olduğunu, virus olmadığını düşünür. Nəzərə alın ki, ölkələrdə həyat dayanıb, belə oyun ola bilməz".
 
O bildirib ki, özümüzü qorumaq istəyiriksə, qaydalara riayət etmək vacibdir: "Yalnız bu halda tezliklə vəziyyətdən çıxa bilərik".

Загрузка...
Загрузка...