Ölkəboyu saçı qırxılan qadınlar tendensiyası: növbəti işgəncə üzə çıxdı - Təfsilat

Baxış sayı: 
94
2  
0  

Ölkədə xəyanətə görə, əri tərəfindən işgəncə görən qadınların probleminin ictimailəşməsi tendesiya xarakteri almağa başlayıb. 

Turaninfo.org xəbər verir ki,Cahan.info-nun verdiyi məlumata görə, sosial şəbəkə və elektron media, eyni zamanda telekanallar bu məsələləri tirajlayırlar. 

Əri tərəfindən saçı qırxılıb aləmə rüsvay edilən qadının ardınca analoji fiziki təzyiqlə daha bir qadının hekayəsi üzə çıxıb. Bu dəfə ər 14 illik həyat yoldaşına dəhşətli işgəncələr verib və sonda saçlarını qırxıb. 

Bundan sonra qadın 2 azyaşlı qızı ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına üz tutub. Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib. 

Onun sözlərinə görə, qadından ailəsi də imtina edib: “Onlar bir neçə saat öncə sığınacağa yerləşdiriliblər. Artıq ikinci dəfədir ki, qadın uşaqlarını da götürüb bizim sığınacağa pənah gətirir. 

Bir tək arzusu var ki, uşaqları oxusun. Atası deyir ki, boşanıb kəndə, bizim yanımıza bir şərtlə qayıdarsan ki, burada uşaqlarını oxutmayacaqsan. Tez bir zamanda ərə verəcəyik, rədd olub getsinlər”.

“Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım?!” Bu, Tatyananın Bulqakova son sözü olur. Vəssəlam. Xəyanətə uğramış qadın, istedadın qurbanı… Adını nə qoyursunuz qoyun, bir yaradıcının taleyi ancaq və ancaq bu qədər ziddiyyətli ola bilərdi.

Bulqakov xəstə ikən gecələr “Ağ qvardiya”nı yazanda Tatyana yatmayıb, onun yanında oturub, vaxtaşırı yazıçının əllərini isitmək üçün isti su qızdırırdı. 

Və qadın hardan biləydi ki, əllərini qızdırdığı Bulqakov ürəyini başqa bir məhəbbət üçün yandırır. Çapından sonra bilir ki, “Ağ qvardiya”nı onun gecələr qayğısına qalan Tatyanaya yox, Lyubov Belozorskaya ithaf edirmiş. 

Tatyananın Bulqakova elə son sözü də belə olur: “Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım?!”. 

Bu, kişilərin də qadınlara həmişə xəyanət etməsinin bir nümunəsidir. Lakin daha kübar və ədəbi formasıdır. Azərbaycanda isə efir və saytlar xəyanət mövzusunu məqsədli şəkildə şişirdir, gündəmdə saxlayırlar. 

Cahan.info xəbər verir ki, bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırxılan qadın, onun bacısı, qadının qayınanası. 

Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə - Elnur Həsənovla danışıb. 

E.Həsənov söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib. Müsahibimiz öncə olayın baş vermə hekayəsini danışıb:

-Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. 

Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu”.

Jurnalist soruşur ki, videoda görünür axı. Gözünün altı göydür... Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı...

Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. 

Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. 

Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun. Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə.

Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? 

Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm.

Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar”.

 
 
Загрузка...
Загрузка...