“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”

Baxış sayı: 
69
3  
1  

“Bu gün ölkə başçısı İlham Əliyevin 2003-cü ilin  bu günkü tarixində prezident seçilməsinin 15 ili tamam olur. Məhz belə bir gündə həmişəki kimi dövlətimizin başçısı İlham Əliyev cənabları yenə də səfərdədir, yenə də xalqla görüşür , yenə də onların şəraitini yaxşılaşdıran obyektlər açır.

 

Bildiyimiz kimi, bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. Cənab prezident həmin iclasda görülən işlər, qarşıda duran problem və prioritetlər barədə fikirlər səsləndirib”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

Deputat bildirib ki,  elə həftə yoxdur ki, cənab Prezident ölkənin hər hansı  bir bölgəsində olmasın, açılışlarda iştirak etməsin və xalqla görüşməsin.

 

“Cənab prezident İlham Əliyevin Lənkəran səfərləri də həmişə  yaddaqalan, rəngarəng  məsələlərlə xarakterik olub. Bu müddətdə belə səfərlərin sayı artıq on ikini keçib. Prezident seçilməsindən sonra ilk səfərlərindən biri 2004-cü il yanvar ayının 30-da Lənkəran şəhərinə ünvanlanmışdı və bu da şəhərdə  beş mərtəbəli binanın  uçması ilə əlaqədar idi. Prezident  istirahət günündə, qarlı, çovğunlu bir vaxtda  xalqa görüşüb, xəstəxanaya baş çəkdi. Operativ, işgüzar müşavirə keçirib. Xəstəxanadakı yaralanmış insanlarla görüşərkən əlaqədar orqanlara səhiyyə obyektində mövcud olan problemlərlə bağlı tapşırıqlar verib. Sonradan cənab Prezident 2013-cü  ildə Lənkərana  növbəti səfərində  Mərkəzi rayon  Xəstəxanasının təmirdən və yenidənqurmadan sonra açılışını edib, aparılan islahatlarla tanış olub, həkimlərlə görüşüb, öz tövsiyələrini verib.

Bu günlərdə Bakı-Ələt-Astara nəqliyyat yolunun açılışı həyata keçirilib ki, bu da bir milyondan çox vətəndaşın sevincinə səbəb olub. Bu eyni zamanda yolun qısalmasına,  sürətin artmasına, nəqliyyat vasitələrinin sıradan çıxmasının qarşısının alınmasına, turizmin inkişafına şərait yaradıb. Vətəndaşlar cənab Prezident İlham Əliyevə bununla bağlı daim dərin minnətdarlıqlarını və razılıqlarını bildirirlər”.

Hadi Rəcəbli bildirib ki, səfərdə cənab Prezident İlham Əliyevi birinci vitse-prezident Mehriban xanım Əliyeva müşayiət edib.

 

“Onlar Heydər Əliyev xatirə parkında görülən abadlıq və yenidənqurma  işləri  ilə tanış olublar. Eyni zamanda cənab Prezident Lənkəran Rayon Olimpiya idman kompleksinin açılışını həyata keçirmiş, İstisu Sağlamlıq Mərkəzinin təqdimatı mərasimində iştirak ediblər.

 

Ölkə başçısı Hirkan-Daştatük-Biləsər avtomobil yolunun və  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında da iştirak edib”.

Загрузка...
Загрузка...