“Öldürdüyü insanlara təcavüz edib, yeyirmiş” - “Miluoki canavarı” haqda ilginc FAKTLAR (FOTOLAR)

Baxış sayı: 
53
1  
0  

 
“Bir insanın bunları edə biləcəyinə inanmaq çox çətindir, amma mən bunları etdiyimi bilirəm”.
Bu sözlər 17 nəfəri amansızcasına öldürüb, sonra onlara təcavüz edən caniyə aiddir. Cefri Damer adlı bu qatilin hekayəsini sizlərə təqdim edirik.
 
27 may 1991-ci ildə ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsində iki polis məmuruna qəribə bir telefon zəngi gəlmişdi. Polisə zəng edən bir qadın yaralı gəncin yerdə uzandığını, durumunun yaxşı olmadığını bildirib.
 
Polislər hadisə yerinə gələndə qəribə mənzərə ilə tanış oldular. Yerdə uzanan gənc ağlayır, lakin heç bir şey danışmırdı. Bir müddət sonra polislərin yanına bir adam yaxınlaşıb, o gənci tanıdığını və əslində onun sərxoş olduğunu bildirib.
 
 
Polislər də gəncin onunla getməsinə icazə verib. Lakin polislər gənci qatilə təslim etdiklərini anlamayıblar. Konerak adlı gənci təslim etdikləri qatil 31 yaşlı Cefri Damer idi.
 
Bu cani qurbanlarına məcburi şəkildə narkotik vasitələr verib, daha sonra öldürürdü. Bununla da yetinməyib, öldürdüyü adamlara təcavüz edirdi.
 
Bu vəhşi caninin uşaqlıq illərində psixoloji problemlərinin olduğu da bildirilir. O, hələ uşaq yaşlarından küçədə it və ya pişikləri qovalayıb, tutub öldürürmüş. Pişiklərin başlarını qoparıb, taxtaya keçirib, həyətlərində basdırırmış.
 
 
31 yaşıl Damer “Miluoki canavarı” olaraq da adlandırılırdı. Bu cani hərbi xidmətdə olduğu zaman da iki əsgər yoldaşını eyni üsulla qətl edib. O, öldürdüyü insanlarla vəhşi davranışları ilə tarixə düşüb. Öldürdüyü insanlara təcavüz etdiyi yetmirmiş kimi, daha sonrakı qətllərində insanların ətindən parçalar qoparıb, yeməyə də başlayıbmış. Hətta öldürdüyü bir neçə insanın başını deşibmiş. Niyyəti isə insanlardan robot düzəltmək imiş.
 
 
 
Onun sonuncu qurbanı - öldürmək istədiyi 18-ci adam isə onun əlindən xilas olmağı bacarıb. 1991-ci ildə polislər tərəfindən yaxalanan cani 17 nəfəri vəhşicəsinə öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilmişdi.
 
 
Lakin 1994-cü ildə qatil Damer bir məhkum tərəfindən öldürüldü. Skarver adlı məhkum onu dəmir parçası ilə başından vuraraq öldürmüşdü.
 
O, məhkəmədə verdiyi qəribə ifadə ilə yadda qalmışdı. Məhkum hakimin “Bu cinayəti niyə işlədin” sualına “Onu ödürməm üçün Tanrıdan əmr gəldi” deyə cavb verib.
 
 
Damer adlı canii öldürən Kristoper Skaver
 
Qatilin öldürülməsində maraqlı məqamlardan biri də o olub ki, öldürülən zaman heç bir dirəniş göstərməyib. Məhkum Skarver dəmir parçası ilə onu rahat şəkildə vura-vura öldürüb.
 
Turan Oruc,
Musavat.com

Загрузка...
Загрузка...