​Oktar dəstəsinin şifrəli danışıqları

Baxış sayı: 
25
1  
0  

 
Adnan Oktara “yazar”, pula “bulka”, qapıda növbə tutmağa “matç” deyirmişlər
Adnan Oktar Cinayətkar Qruplaşmanın iddanaməsində maraqlı bir detal ortaya çıxıb. Təşkilatın öz aralarında şifrəli danışıq yaratdıqları, bu danışıqlarla hüquq-mühafizə orqanları dinləmələrinə qarşı tədbir gördükləri qeyd edilib. Şübhəlilərin “Qızlarla birlikdə olmaq” yerinə “kataloq”, “Növbə tutmaq” yerinə “matç” və pula da “bulka”, eləcə də ‘Light kola’ dedikleri təsbit edilib. Bundan başqa, təşkilat üzvlərinin Adnan Oktar yerinə “yazar”, ‘dayı’, ‘xalam”, “kürəkənim” kimi sözlərdən istifadə etdiyi də müəyyənləşib. Musavat.com Türkiyə mediasına istinadən bununla bağlı detalları yazır.
 
QIZLA BİRLİKDƏ OLMAQ YERİNƏ “KATALOQ”
 
İstintaq sənədlərində yer alan etirafçı S.D. ifadəsində bildirib ki, təşkilat üzvləri polis dinləmələrinə qarşı şifrəli ifadələr seçiblər. Məsələn, “Yemək yeyək, şirniyyatı aldım, gəlirəm” və ya “Şirniyyatım var, gəl qonaq edim" kimi ifadələrdən istifadə edəndə "Yanımda qız var, gəlib birlikdə ola bilərik” mənasına gələn şifrəli cümlələr olduğunu bəyan edib.
 
“Sənin bu kitabını oxuya bilərik?”, “Sənin kataloqlarına baxa bilərəmmi?” cümlələrinin şifrəli cümlələr olduğunu və təşkilat üzvlərini “Əlindəki qızla birlikdə ola bilərəmmi?” mənasında istifadə etdiklərini bildirib.
 
 
TƏŞKİLAT KEŞİK ÇƏKMƏYƏ “MATÇ” DEYİR
 
Təşkilat üzvləri təşkilat rəhbəri Adnan Oktar üçün keşik çəkməyə “matç” dedikləri telefon danışıqlarında “Matça gedəkmi?” deyə danışdıqları da istintaq sənədlərində öz əksini tapıb. Şikayətçi R.M mövzu ilə bağlı “2009-cu ilin ortalarında Kandillidəki villada həftədə bir dəfə keşik çəkməyə gedirdim. Keşik çəkmənin başqa bir adı da “matç” idi. Məsələn “Növbətçiliyin saat neçədədir?” əvəzinə “Sənin matçın saat neçədədir?”deyilirdi”- deyə bildirib.
 
PULUN ŞİFRƏSİ - “10 BULKA GƏTİR”
 
Etirafçı A.P isə bildirib ki, “Risk təşkil edə biləcək və ya cinayət sayılacaq mövzular polis dinləməsi nəzərə alınaraq telefonda danışmaq olmazdı. Çox məcbur olarsa şifrəli danışılardı. Məsələn, təşkilatın maliyyə imamı olan Alev Babunadan pul istəniləcəyi zaman ya ikinci telefonuna, ya da yanındakı Nurşah Aksoya zəng vurub, “Gələndə 10 sadə bulka gətir”, '10 light kola gətir”, “10 pendirli bulka gətir” kimi cümlələrdən istifadə olunurdu.
 
SİLAH KƏLMƏSİ ƏVƏZİNƏ KOMPÜTER BİLƏN DEYİLİRMİŞ
 
Adnan Oktar Silahlı Cinayətkar Dəstəsində qardaşlar qrupundakı insanların silahlı olub-olmamasını anlamaq üçün telefonda danışanda, ya da mesajlaşanda “Kompüter bilən”, “Kompüterli dost” kodlamasından istifadə edildiyi müəyyənləşib.
.
ÜSKÜDARDAKI ÜNVANA “DROQAS” ADI VERİLIB
 
İttiham sənədində təşkilatın Üsküdar bögəsindəki ünvanına 'Drogas' adını verdikləri, təşkilat üzvlərini Kartal bölgəsindəki həqiqi Draqos səmtinə gedəcəkləri zaman isə “Gerçək Draqos” dediklərinin müəyyənləşdiyi ortaya çıxıb. İttiham sənədlərində İmam Qardaşlar Qrupunda yer alan etirafçı şübhəli A.R.E-nin səs yazılarında “Həqiqi Draqosa keçirəm” ifadəsinin də bu məlumatla eyni olduğu göstərdiyi qeyd edilib.
 
OKTAR BARƏDƏ “YAZAR, DAYI, XALAM, KÜRƏKƏNİM”
 
S.D. adlı şəxs Adnan Oktar Silahlı Cinayətkar Dəstəsinin telefon danışıqlarında polis dinləmələrinə qarşı təşkilat lideri Adnan Oktar barədə təşkilat üzvlərinin "Yazar, dayı, xalam, kürəkənim” deyərək kodlaşdırma edildiyini bildirib.
 
ADNAN OKTARA SUAL VERMƏK İSTƏYƏNDƏ “QOY BİR DÜŞÜNÜM” İFADƏSİ…
 
Bir başqa kodlaşdırma üsulu isə Adnan Oktardan soruşulacaq bir mövzu olduğu zaman telefonda təşkilat üzvü olan bir nəfərə həmin məsələ barədə danışıb, daha sonra “Sən bu mövzunu bir düşünərsən” deyilməsidir. Etirafçı S.D. bu cümlənin danışıq zamanı səsləndirildiyi zaman isə bunun “Bu mövzu barədə Adnan Oktardan soruşarsan?” mənasını daşıdığını, qarşı tərəf təkrarən zəng edəndə “Et” və ya “Etmə” deyilərsə, təşkilat rəhbəri Oktarın bunu cavablandırdığı anlamına gəlirmiş.
Təşkilat şübhəlisi Sinem Tezyaparın 11 fevral 2017-ci ildəki WhatsApp yazışmalarında “Axşam 23-də keçmiş ingilis nazir yazarla görüşə gəlir” cümləsindəki “yazar” sözü əslində Adnan Oktarın gizli kod adı olub.
 
"AXŞAM MƏNƏ MÜTLƏQ BAŞ ÇƏKƏRSƏN?”
 
Təşkilatdan çıxma ehtimalı olan şəxslər axtarıldığı zaman şifrəli olaraq "Axşam mənə mütləq baş çəkərsən?” deyildiyi də ifadələrdə öz əksini tapıb. Digər bir etirafçı isə B.B. isə şifrəli danışıqlarla bağlı bunları deyib: “Tülin Marangozoğlu, Adnan Oktarın əmri ilə növbətçiliyi gələcək insanları müəyyənləşdirər və həftəlik olaraq siyahılaşdırardı. İlk dövrlərdə tək-tək evlərdən gələnlərə bu siyahılar verilirdi. Daha sonra bu siyahı WhatsApp vasitəsilə insanlara gələcəyi günləri “Bazar ertəsi, çərşənbə, cümə axşamı görüşərik səninlə” şəklində mesajlar ataraq bildirib. Əgər gələ bilməyəcək biri olsa, onun yerinə çağıracağı şəxsə zəng edər və “Xalamgil axşam səni gözləyir. Ebru xəstə imiş, gedə bilmirmiş” kimi şifrəli danışıqlarla bildirirdi”.
 
Sevinc, musavat.com

Загрузка...
Загрузка...