​Oğlunun sürprizi Həmidə Ömərovaya 200 manatlıq ziyan vurdu - FOTO

Baxış sayı: 
76
2  
0  

"Oğlumun bu səhər ilk dəfə bişirdiyi blinçiklər mənə 200 manata başa gəldi".
 
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova sosial şəbəkədə yazıb.
 
Aktrisa oğlunun ona sürpriz etdiyini, amma mətbəxi dağınıq vəziyyətdə gördüyü deyib: "Sürpriz etmək üçün "Mətbəxə gəlmə!" əmrini verib, qapını açarla bağladı. Mikseri tapmayıb, yumurta, şəkər tozu və unu blenderdə qarışdırıb, onu xarab elədi.
 
Mətbəxi dağıdandan sonra birtəhər mikseri tapıb. Blinçiklərin mayasını çini qabda o qədər qarışdırdı ki, mikser də, qədimi çini qab da sındı. Amma blinçiklər dadlı alındı".

Загрузка...
Загрузка...