Oğlunu 70 minlik bağçaya aparmaq istəyən Arda Turan təhqir olundu: “Atasından daha az vəhşi hərəkətlər görsə ...” - VİDEO

Baxış sayı: 
31
1  
0  

 
Türkiyəli aparacı  Seda Akgül məşhur futbolçu Arda Turan haqqında qalmaqallı fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, aparıcının canlı efirdə Arda Turanın övladını 70 min lirəlik uşaq bağçasına aparması haqqında fikirləri gündəm olub.
 
Arda Turan və həyat yoldaşı Aslıhan Doğan övladlarını illik qiyməti 70 min lirə olan bağçaya yazdırcaqları barədə məlumatlar yayılmışdı. Bunu təsdiqləyən Arda Turanın həyat yoldaşı övladlarının yaxşı bağçada böyüməsini və 3 xarici dil öyrənməsini istədikləri üçün etdiklərini bildirib.
 
 
 
Cütlüyün bu addımını tənqid edən aparıcı canlı efirdə bu sözləri deyib: “Arda Turan orta məktəb məzunudur. Aslıhan Doğan isə xaricdə təhsil alıb.  Mən Arda-Berkay məhkəməsində bir məqama diqqət yetirdim. Məhkəmədən sonra Ardanın həyat yoldaşının gülməsi mənə maraqlı gəldi. İnşallah içdəndə də o cür gülür. Bir insanın burnu qırılmışsa, üstəlik bunu sənin həyat yoldaşın etmişsə sən niyə gülürsən?. İnsanlar məşhur olduğu üçün lazımı cəzanı almasınlarmı?. Bir uşağın taxtını düzəldə bilərsən amma bəxtini yaza bilməzsən. Bundan əlavə bir uşaq 3 yaşında, 3 dili öyrənə bilməz. Bunun üçün uşağın həmin ortamda böyüməsi lazımdır. Ətrafındakı insanlar da o dildə danışmalıdırlar. Arda bacarığı ilə qazandı o pulları. Aslıhan isə “gümüş qaşıq”la dünyaya gəldi. Onlar nə danışmasını nə də oturub-qalxmasını bilirlər. O uşağın ailədən ilk əvvəl sevgi görməsi lazımdır. Atasından daha az vəhşi hərəkətlər görsə o uşaq üçün daha faydalı olar. Məncə o uşaq bağçada evdəkindən daha yaxşı tərbiyə ala bilər”.
 
Musavat.com

Загрузка...
Загрузка...