Obama meydana çıxdı! Trampa qarşı mitinqlərə başladı

Baxış sayı: 
37
1  
0  

ABŞ-da prezident seçkilərinin ön imtahanı xarakterində olan Konqresə ara seçkilər üçün fəaliyyət başlayıb. ABŞ-ın keçmiş prezidenti Barak Obama, ABŞ prezidenti Donald Trampa qarşı mitinqlərə başlayıb.
 
ABŞ-da Nümayəndələr Palatası və Konqresdə keçiriləcək ara seçkilər Respublikaçı ABŞ prezidenti Donald Tramp rəhbərliyi üçün həlledici əhəmiyyətə malikdir.
Trampın Senat və Nümayəndələr Məclisindəki hakimiyyətini qorumaqla rəhbərliyinin gələcək dövrünə dair ən güclü siqnal olacaq olan ara dövr seçkiləri bu gün başlayır.
 
Tramp bütün kadr heyəti ilə meydanlarda
 
Bir neçə aydır ki, davam edən mitinqlərdə Donald Tramp, bütün ailəsi ilə birlikdə əyalətdən əyalətə gedərək hər yerdə səsini eşitdirməyə və kreslosunu sağlamlaşdırmağa çalışır.
Xüsusilə Respublikaçı seçicilərin güclü olduğu yerlərdə alovlu mtinglər edən Tramp, sözləri ilə seçiciləri ovlamağa çalışır. Tramp bu mitinqlərdən birində də Səudiyyə Ərəbsitanından xərac istəmiş, "biz olmasaq siz heç nəsiniz" demişdi.
 
Obama meydanlara geri qayıtdı
 
Respublikaçıların hücumlarına qarşı demokratlar da sakit oturmayıb. Xüsusilə liberal görüşdə olan ABŞ-lılar arasında böyük simpatiyası olan Trampın sələfi Obama meydanlara geri qayıdıb. Son bir neçə həftədə çoxsaylı əyalət və şəhərdə mitinqlərə qatılan Barak Obama, demokrat namizədlərə dəstəyini açıqlayaraq səs istəyib.
Obamanın illər sonra yeni siyasət səhnəsinə qayıtması Tramp qarşsında “yenidən namizəd ola bilər” suallarını yaratsa da, Obamanın hələlik aktiv siyasətə dönmək kimi bir istəyinin olmadığı bilinir.
Müxalifət.az

Загрузка...
Загрузка...