“Oazis”i belə sökürlər - Foto

Baxış sayı: 
32
1  
0  

 
Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”də söküntü-bərpa işləri sürətlənib.
 
Axar.az xəbər verir ki, restoranın qapısı birdəfəlik qapadılıb. Sentyabrın 2-də restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutub. Məlumat verdiyimiz kimi, restoranın sahibi Hacı Mirtalıb Miroğlu restoranını məşhur marketlər şəbəkəsinə satıb. Restoranın yerində dəqiq hansı market olacağı hələlik tam bəlli olmasa da, burada "Azərbaycan Supermarket" MMC-yə məxsus “Bravo” supermarketinin fəaliyyət göstərəcəyi iddia edilir.
 
Restoranın binasında xaricdən hələlik heç bir dəyişiklik edilməyib. Hətta binanın üzərində olan “Oazis” yazısı da qalıb. 8-ci mikrorayon ərazisi, Şövkət Məmmədov küçəsində böyük bir ərazini əhatə edən restoranın alkopanla örtülü olan divarları da hələlik saxlanılıb. Kənardan restoranda hansı işlərin aparıldığı məlum olmur.
 
Hazırda restoran binasının tavanında işlər gedir. Bu məqsədlə binanın tavanı sökülüb, restoranın içinə tikinti işləri ilə əlaqədar materiallar daşınıb. Gün ərzində tikilidə işlər dayanmadan davam edir. İşlər təmizlik gözlənilməklə və səliqəli şəkildə aparılır.
 
Məlumata görə, daxildəki rekonstruksiya tam başa çatdıqdan sonra tikilinin xarici görüntüsü yenilənəcək.

Загрузка...
Загрузка...