“O de-fakto Rusiyanın nəzarəti altındadır” – Hərbi ekspertdən SOS

Baxış sayı: 
125
0  
0  

“Rusiya Ukraynaya qarşı hibrid müharibədə əhəmiyyətli qələbə əldə etdi”.
Publika.az xəbər verir ki, belə fikri “ObozTV”nin efirində hərbi ekspert Oleq Jdanov səsləndirib.
Onun sözlərinə görə, Rusiya faktiki olaraq, Ukraynanı Azov dənizi üzərində nəzarətdən məhrum edib.
“Biz bu gün faktiki olaraq Azov dənizini itirdik. O mühasirəyə alınıb, faktiki olaraq daxili çarhovuza çevirilib. O de-fakto Rusiyanın nəzarəti altındadır. Hətta gəmiçilikdə maksimal çətinlikləri yaratmaq üçün xarici gəmilər saxlanılır”, - Jdanov bildirib.
 
 
Hərbi ekspert vurğulayıb ki, Ukraynada buna qarşı dayanmağa güc və vasitələr yoxdur:
“Biz Mariupolun həyat fəaliyyətini təmin edə, hərbi gəmilərimizdən konvoy yarada və ticarət gəmilərimizi Kerç boğazı vasitəsilə keçirə bilmirik. Budur, hibrid müharibənin real ssenarisi - gəmiçilik bağlanır. Metal kombinatları və liman Mariupolda şəhəri yaradan müəssisələrdir. Əgər onlar dayanarlarsa, şəhərdə sosial partlayış olacaq.
Jdanov həmçinin qeyd etdi ki, Ukraynanın şərqindəki vəziyyət bu gün Kremli qane edir.
Ömər

Загрузка...
Загрузка...