​O, Bakıda telefonu belə oğurlayır: polis onu axtarır… - Foto

Bakıda qeyri-adi üsulla telefon oğurlayan şəxs peyda olub.
 
Bu barədə Axar.az-a Samir Quliyev məlumat verib. O bildirib ki, fevrelın 1-də tanımadığı bir şəxs işlədiyi Nərimanov rayonunda yerləşən “Playstation klub”da ona yaxınlaşaraq, təcili zəng etməsi gərəkdiyini bildirib və telefonunu xahiş edib. Ona inanan S.Quliyev telefonunu zəng etməsi üçün həmin şəxsə verib. Bir müddətdən sonra isə S.Quliyevin başının qarışıq olduğunu görən kimi telefonu götürərək, aradan çıxıb.
 
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində araşdırma aparılır. S.Quliyevin sözlərinə görə, polis artıq oğrunun şəxsiyyətini müəyyənləşdirib. Bu, Ələsgər Mehdiyevdir.
 
S.Quliyev deyib ki, Ə.Mehdiyev bundan öncə də eyni qayda ilə bir neçə telefon oğurlayıb.
 
Ə.Mehdiyevin müşahidə kameralarına düşən fotolarını təqdim edirik:

Загрузка...
Загрузка...