Nuru paşam, xoş gəldin.

Baxış sayı: 
185
4  
0  

Nuru paşam, xoş gəldin
Yaddaşlarda silinməyən izin var,
Ürəklərdə atəş saçan közün var,
Hər türküdə sənin əziz, sözün var,
Şanlı türküm, Nuru paşam, xoş gəldin.

Sən gəlməsən, dərdli Bakım, gülməzdi,
Xain düşmən, türkün gücün, bilməzdi,
Şəhid ruhu, əbədiyyən ölməzdi,
Şanlı türküm, Nuru paşam, xoş gəldin.

Dastan yazan iki ad var, qoşadı,
Biri Ənvər, biri, Nuru paşadı,
Ər doğuldu, ərlər kimi yaşadı,
Şanlı türküm, Nuru paşam xoş gəldin.

Məzarında hər il açan, güllər var,
Zəfərinə nəğmə qoşan, dillər var,
Bayrağını uca tutan, əllər var,
Şanlı türküm, Nuru paşam xoş gəldin.

Zülmət gecəm, nur eşqinlə yarıldı,
İstiqlala gedən yola, varıldı,
İki qardaş, bir-birinə sarıldı,
Şanlı türküm, Nuru paşam, xoş gəldin.

15.09.2018 /Nurəddin İsmayıl


 
 

Загрузка...
Загрузка...