​Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

Baxış sayı: 
112
1  
0  

Londonda Həbib Nurməhəmmədovun iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlər maraqlı açıqlamalara şahid olublar.
 
Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla nə üçün revanş istəməməsinin səbəblərindən danışıb.
 
“Konorla revanş mümkündürmü? Son 3 ildə onun tək bir qələbəsi olub, o da həvəskar səviyyədə boksda. O mənimlə döyüşdə əllərini yerə döyüb, aman dilədi. Öldürməməyim üçün mənə yalvarırdı, indi revanş istəyir?”.
 
Rusiyalı boksçu bildirib ki, onun Makqreqorsuz da işləri başından aşır:
 
“İndi döyüşmək üçün sırada Toni Ferqyuson var. Məni qələbələri ard-arda düzənlər maraqlandırır. 3 ildə bir hünər göstərməmisənsə, nə barədə danışmaq olar ki?!”
 
Nurməhəmmədov həmçinin sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə döyüşəcəyini bildirib. O qeyd edib ki, Dastin təcrübəli döyüşçü olduğu üçün təhlükəlidir:
 
“Dastin 31 peşəkar döyüşün 25-də qələbə çalıb. Mən döyüşçü və insan kimi ona hörmət edirəm. Lakin çempion adını almaq istəyirsə o mənə qələbə çalmalıdır”
 
Bundan bir qədər öncə Dastin Porye Həbiblə döyüşsə qələbə çalacağına əminliyini ifadə etmişdi.

Загрузка...
Загрузка...