​Nura: Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olacaq

 
Bu həftə “ATV maqazin 10-larla” verilişinin “Hit-parad” rubrikasının qonağı müğənni Nura Suri olub.
 
 
O, “dostbazlıq” edəcəyini deyərək sıralama edib və qalmaqallı açıqlamalar verib.
 
Onuncu pillədə Zamiq Hüseynovu görən Nura onun sonuncu klipini və mahnını bəyənmədiyini deyib:
 
“Zamiqin diskini alsam, buna yox, “Kaman” mahnısına qulaq asaram. Nadir bu mahnı ilə Zamiqi yola verib”.
 
Əməkdar artist Tünzalə Ağayevanı doqquzuncu görən xanım Suri onun özünü yuxarıdan apardığını söyləyib:
 
“Ötən dəfə sizin verilişə baxandan sonra Tünzalədən çox şey öyrəndim. Gülə-gülə hamını çıxaranda da, saxlayanda da, sözlərini elə qəşəng dedi ki...
 
Tünzalə Ağayevanın hit mahnıları çoxdur. Ancaq “Təqvim” mahnısı o birilərdən güclü deyil. Hit mahnı olmadı”.
 
Nura Suri ötən həftələrdə Oxu.Az-da yer alan tədbirlərin birində Tünzalə ilə salamlaşmamaları xəbərinə də aydınlıq gətirib:
 
“Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanından keçdik.
O diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Bu, onun mənə olan münasibəti yox, xarakteridir.
 
Elə şey var ki, onu qəbul etmirsən. Sənin səsin məndən güclü ola bilər. Sən fəxri adlı, mən isə adi müğənniyəm. Yaş fərqimiz böyük deyil ki, mənə nəsə yol göstərəsən. İnsan özünü hamıdan üstün görür. Yəqin, deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.
 
İfaçı həmkarı Elnarə Xəlilova ilə bağlı fikirlərini bildirib:
 
“Səhnəyə çox yaxşı gəlmişdi. Sonradan nə baş verdiyini bilmədim. Deməsin ki, çoxuşaqlı anadır. Çünki mənim də üç övladım var. Əksinə, mənim üzərimdə olan yük Elnarədən çoxdur. Ona kömək olan həyat yoldaşı var. Səhnədəki obrazını sevə bilmirəm. Ona yaraşdıra bilmirəm. Onun obrazı yoxdur. Səsi gözəldir deyə oxuyur, amma həvəsində deyil. Üzərində işləmir.
 
Əgər səhnədəyiksə, deməli, fərqlənməliyik. Özünə yaraşmayanı geyinir. Xətrini istədiyim üçün özünə də deyə bilmirəm. Əslində, buna ixtiyarım yoxdur. Onu başqa cür görmək istəyirəm”.
 
Müğənni həmkarı Natavan Həbibi haqqında da açıqlama verib. O, Natavanın sonunun Uitni Hyuston kimi olacağından qorxur:
 
“Son vaxtlar xasiyyətini sevmirəm, ona yaraşdırmadım. Natavan çox aqressivləşib. Aygün Kazımova ilə bağlı açıqlamasını izlədim.
 
Sözünü sakit deyə bilərdi. Qız hər şeyə reaksiya verir. Natavana evlilik düşmədi. Başa düşürəm, sevdi. Amma bu sevgidə əsəbləri xarab oldu. O qədər dava edirlər ki... Bir ayrılır, o biri gün barışır. Bütün bunlar ona təsir etdi. Qorxuram ki, sonu Uitni Hyuston kimi olacaq”.
 
N.Suri Miri Yusiflə küsülü olduğunu da açıqlayıb:
 
“Çox ulduzlaşıb. “Hər oxuyacağım tutacaq” deyə özünə çox güvənir. Hiss edirsən ki, ulduzluq insanı necə dəyişir.
 
Danışmırıq və danışmaq fikrim belə yoxdur. “Dəyirman” qrupundan bəri bir-birimizə dəstək olmuşuq. Amma vaxt keçdikcə bəzi şeylər dəyişir. Elə hallar var ki, sevdiyim insanlara yaraşdırmıram. Elə Miri Yusiflə aramızda yaşanan hadisə də elələrindən idi. Danışılacaq bir şey deyil. Heç vaxt barışmaram”. (Oxu.az)

Загрузка...
Загрузка...