Nura Suridən İRAD: “Evində çörək pulu olmayan insanlar var”

Baxış sayı: 
99
1  
0  

“Şəxsən mən və ailə üzvlərim martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var”.
 
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial hesabında yazıb. Sənətçi həmkarlarının karantin günlərində etdiyi yardımların sosial şəbəkələrdə paylaşılmasına mənfi reaksiya verən izləyicilərə öz iradlarını bildirib:
 
“Restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm. Mənim və valideynlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə, nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik. Boşanmış üçuşaqlı tək qadınam. Özüm qazanıb uşaqlarımı böyüdürəm (böyütmüşəm). Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam. Cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərini bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır? O biri deyir, özlərini reklam edirlər və s... Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz”.

Загрузка...
Загрузка...