"Nuhun gəmisi"ndə fəlakət: Canlı həyat məhv ola bilər

Baxış sayı: 
66
2  
0  

Avstraliyanın cənubunda yerləşən tarixi Kenquru adası yanğınlar səbəbiylə tanınmaz hala düşüb.
 
Axar.az Publika.az-a istinadla xəbər verir ki, ekologiya cəhətdən rəngarənliyi ilə seçildiyinə görə, “Nuhun gəmisi” adlandırılan adanın təqribən yarısı külə dönüb. Rəsmi dairələr adadakı canlı həyatın tamamilə məhv ola biləcəyindən ehtiyat edir. Yanğınsöndürənlər Kinqskot şəhərinə yaxınlaşan alovun qarşısını almağa müvəffəq olublar. Lakin bölgədə hələ də böyük yanğın ocaqları var. İsti və küləkli hava şəraiti alovun sürətlə yayılmasına təsir edir.
 
Qeyd edək ki, Avstraliyada bir neçə aydır davam edən yanğınlar səbəbiylə 27 nəfər həyatını itirib, 1 milyard heyvan tələf olub.

Загрузка...
Загрузка...