Nəticəsi ləğv olunmuş dairələrin qalibləri təkrar seçkiyə qatıla bilər? – Ekspertlər fərqli fikirdədi

Baxış sayı: 
85
3  
1  

“Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır”. Bu fikirləri redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
 
 
 
 
 
O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz: “Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.
 
Tanınmış hüquqşünas Hafiz Həsənov isə AzPolitika.info-ya açıqlamasında fərqli fikirdə  olduğunu bildirib:.
 
 
 
 
 
Ekspert bildirib ki, Milli Məclisə əlavə seçkilər keçirilən zaman, həmin dairədən deputat seçilmiş şəxs yenidən seçkilərə qatıla bilməz: "Hazırda 4-dairədə seçkilərin nəticələri etibarsız hesab olunaraq ləğv olunub. MSK bu dairələr üzrə təkrar seçkilər təyin etməlidir. Bu zaman Seçki Məcəlləsində əvvəlki seçkilərdə namizəd olmuş şəxslərin yenidən namizəd olmalarını əngəlləyəcək heç bir norma yoxdur".

Загрузка...
Загрузка...