​Növbə ilə qardaşlarına ərə gedən, Roma hökmdarlarını özünə aşiq edən qadın

Baxış sayı: 
127
1  
0  

Bu qədim Misir hökmdarının adı hamıya məlumdur. Onun adı, libasları, eşq macəraları, hətta sürməsi haqda miflər dolaşır.
 
Bəli, Kleopatradan danışacam sizə. Dünyanın ən əsrarəngiz qadınlarından biri...
 
Ölümündən 2 min il keçməsinə baxmayaraq, hələ də haqqında maraqlı məlumatlar paylaşılır, məqalələr yazılır, filmlər çəkilir.
 
Gəlin, razılaşaq ki, bu da təsadüfi deyil. Çünki məhz Keopatra dünya tarixini dəyişən fiqurlardan olub. Onun qeyri-adi bacarıqları haqda da danışacam sizə.
 
 
 
Keopatranı şəxsən tanımasam da, ən güvənli mənbələrdən bircə-bircə məlumat toplamışam.
 
Öncə gəlin, publika.az sizə xəbər versin ki, Kleopatra heç də gözəl qadın olmayıb. Onun siması nə Qədim Misirin, nə də çağdaş zəmanəmizin gözəllik standartlarına uyğun gəlib.
 
Buna baxmayaraq, Qədim Romanın ən qüdrətli iki hökmdarı Kleopatranın dərdindən divanə idi. Tarixdən də bildiyimiz ki, Kleopatra hər iki imperatoru əmrlərinə tabe olan qula çevirməyi bacarmışdı. Çünki zahiri gözəlliyinin natamamlığını savadı, iti ağlı, intellekti doldururdu.
 
Misirin ən məşhur hökmdarı
 
Düşünürəm ki, bu Keopatranın tərifidir. Əslində isə o, heç misirli də deyildi. Əslən tanınmış yunan sülaləsi sayılan Ptolomeylərdən idi. Bu sülalənin üzvləri, İsgəndərin dövründə Yunanıstandan Misirə mühacirət etmişdilər.
 
Misirin tək qadın hökmdarı Kleopatra deyil
Məlumatı olmayanların nəzərinə çatdırım ki, Kleopatra bu adı daşıyan düz yeddinci Misir hökmdarıdır. Onun əsl adı haqda isə heç bir mənbədə məlumat yoxdur. Amma etiraf edək ki, digər 6 Kleopatraları da heç kim tanımır. Atası XII Ptolomey haqda məlumat olsa da, anası bütün tarixçilər üçün sirr qalır. Təxmin olunur ki, Kleopatranın valideynləri bacı-qardaş olublar. Çünki o dövrdə hakim təbəqələr doğma övladlarını bir-biri ilə evləndirirdilər ki, taxt əllərindən çıxmasın. Və bu hal tam normal sayılırdı. Bundan başqa Kleopatranın nikahdan kənar övlad olduğu da deyilir.
 
 
 
Kleopatranın hökmdar ləqəbi
 
Kleopatra Misir taxtına çıxanda, xalq ona Tea Filopator ləqəbini verdi. Qədim Misir dilindən tərcümədə bu söz “atasını sevən tanrıça” mənasını daşıyır. Kreslosunda yerini isidəndən sonra Tea, ləqəbini daha sanballı etmək məqsədilə bir az da uzadıb “Tea Neotera Filopator Filopatris” etdi. Yəni- atasını və vətənini sevən tanrıça.
 
Amma düşünməyin ki, tanrıça hökmdarın işi-gücü özünə yeni ləqəblər düşünüb tapmaqdan ibarət idi. O, riyaziyyat, astronomiya, natiqlik sənəti, fəlsəfəni dərindən bilirdi. Hətta sülaləsindən ilk yunan idi ki, misirlilərin din və mədəniyyətini qəbul etmişdi. Ona qədər Misiri idarə edən yunanlar yalnız öz tanrılarına tapınmışdılar.
 
Bundan əlavə hökmdar qadın, poliqlot idi. Kleopatra ən azı 9 dildə danışırdı. Misiri idarə edən hakim ailə üzvlərindən fərqli olaraq misircə öyrənmişdi. Bundan əlavə latın, fars,aramey, ivrit və digər dilləri mükəmməl bilirdi.
 
Kleopatra iki doğma qardaşına ərə getmişdi
 
Həmin dövrün mövcud qanunlarına görə qadın ölkəni özbaşına idarə edə bilməzdi. Odur ki, kişinin iştirakı vacib idi. Kleopatra da bu ilahi məntiqə dayanaraq növbə ilə qardaşlarına ərə getmişdi. Lakin hər ikisi də təbii olaraq tac davasına qalxmışdılar. Birinci qardaş-ərindən Kleopatra Sezarın köməyi ilə qurtulmuşdu. XIII Ptolomey Keopatranın ordusundan qurtularkən çayda boğulmuşdu. İkinci qardaş.-ərini isə Kleopatra zəhərləyərək öldürmüşdü. Çünki artıq kişi cinsinə mənsub varisi vardı. Ərə də ehtiyac qalmamışdı. Bacısı Arsinoyanı isə Kleopatra edam etdirmişdi. Beləcə bütün rəqiblərini yolundan qaldırmağa nail olmuşdu.
 
Xalça əfsanəsi
 
XIII Ptolomey Kleopatranın həm kiçik qardaşı, həm də birinci əri idi. Kleopatraya qarşı çevriliş edən zaman hökmdar tanrıça gizli yolla qaçıb, Sezardan yardım istəməli olur. Tarixə əsaslansaq, Kleopatranı onun yanına kisədə qaçırdırlar. Hollivudun filmində isə daha romantik ab-hava yaratmaq üçün sehrli xalçadan istifadə olunub. Bu hadisənin sonunda 52 yaşlı Sezarın köməyi ilə qardaşının ölümünə səbəb olur.
 
Клеопатра покорила сердца двух самых могущественных римских полководцев своего времени.
 
Kleopatranın Roma qələbəsi
 
Göz qamaşdıran xəzinəsi ilə Romaya gələn Kleopatranı hər kəs Sezarın məşuqəsi kimi tanıyırdı. Romada ona xüsusi nifrət bəslənilirdi. Xüsusən də Roma qadınları Kleopatranı lənətləyirdilər. Amma rəğbət bəsləməmək də mümkün deyildi. Hətta Roma qadınları saçlarını Kleopatra kimi ksədirməyə başlamışdılar.
 
Sezarın nəhəng dünyasında Kleopatranın xüsusi yeri vardı. Roma hökmdarı dünyanın yarısını fəth etmək arzusunda idi. Və respublika quruluşu ilə barışmağı düşünmürdü. Sezar deyirdi ki, respublika- zahiri görkəmi və bədəni olmayan puçdur.
 
Sezarın arzusu imperator olub, Kleopatra ilə ailə qurmaq idi. Odur ki, Kleopatra Romada məskən salıb gələcək ərinin arzularını bir-bir reallaşdıracağını gözləyirdi. Lakin hadisələr gözlənildiyi kimi getmir. Sezar öldürülür. Kleopatra kor- peşman Misirə geri dönüb, əlində olanlarla yetinməyə məcbur qalır.
 
Cazibədar Kleopatranın sirri
Bu cazibədar qadın heç vaxt həmcinləri arasında itib qalmırdı. Hətta ondan gözəl qadınlar Kleopatranın kölgəsində gizlənirdilər. Təkrarsız şarmından əlavə özünə baxımı da azı indiki spa salonlarda olduğu kimi mükəmməl idi. Kleopatra tez-tez süd vannası qəbul edir, yumurta sarısı və baldan ibarət şampunlar, skrablar hazırlatdırırdı. Hər bir məqsədinə uyğun ətir seçmək qabiliyyəti də vardı.
 
Plutarx Kleopatra haqda xatirələrində yazırdı ki, sözün istənilən mənasında gözəl olmayan bu qadın, həddən artıq cazibədardır. O qədər ehtiraslı səsi var ki, bir dəfə ünsiyyətdə olandan sonra aşiq olursan.
 
Kleopatranın eşq macəraları
 
Kleopatranın aşiq olduğu hər iki kişi ailəli idilər. Lakin buna baxmayaraq, həm Sezarın, həm də onun qardaşı oğlu Mark Antonionun sevgisini qazanmışdı.
Mark Antonio Kleopatra ilə ailə qurmağa nail olmuşdu. Hətta ilk görüşə Kleopatra yunan tanrıçası Afroditanın obrazında gəlmişdi. Görüş yerinə gəldiyi gəmini də tanrıların gəmisi kimi bəzətdirmişdi. Kleopatra Markın nəinki sevimli məşuqəsi, həm də silahdaşına çevrilməyi bacarmışdı.
 
Смерть Клеопатры.
 
Kleopatranın övladları
 
Misir hökmdarı Kleopatranın 4 övladı vardı. İlk oğlunun atası Sezar idi. Digər 3 övladı isə Mark Antonionun varisləri idi. Mark Antoniodan olan əkiz qızı və oğlunun adı tərcümədə Ay və Günəş idi.
 
Mark Antonionun Kleopatra ilə münasibətindən xəbər tutan romalılar onu xalq düşməni elan edirlər. Mark Romanın torpaqlarını övladları arasında bölüşdürmək niyyətində idi. Bunu eşidən Oktavian hər ikisinə qarşı hücuma keçir. Mark Antonio qələbənin bir addımlığında ordusunu sərkərdəsiz qoyub, Kleopatranın dalınca qaçır. Cütlük sözü bir yerə qoyur ki, düşmən əlinə keçməmək üçün intihar edəcəklər. Beləcə Mark Antonio özünü qılıncı ilə öldürür. Kleopatra isə ilan zəhəri içir.
 
Tarixçilər hesab edirlər ki, Kleopatra hər zaman saç bəzəklərinin içərisində ilan zəhəri gizlədirdi. Elə mühasirə zamanı da həmin zəhəri içmişdi.
 
Kleopatra Oktaviana məktubunda yalvarır ki, onu Mark Antonio ilə basdırsınlar. Hiddət qusan Oktavian, Misir hökmdarının bu arzusunu tapdayıb keçir. Odur ki, cütlüyün məzarının dəqiq məkanı hələ də sirli qalır.
 
Buna baxmayaraq, Misirin son hökmdarı, Ptolomey sülaləsindən olan Kleopatra adını Mark Antonio ilə birgə tarixə yazdırmağa nail olur. Kleopatranın ölümündən sonra Misir azadlığını itirir və Romanın əsarəti altına keçir.
 
Axı rəmzi də olsa, hər bir qadının ölümü bütöv bir dövlətin məhvi deməkdir.
 
Leyla Sarabi

Загрузка...
Загрузка...