Norveçdə işsizlik 10 faizdən çox artdı

Baxış sayı: 
96
1  
0  

Norveçdə işsizlik nisbəti böyük və kiçik müəssisələrin əməkdaşlarının sayını azaltması səbəbindən sürətlə artır.

 

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Norveç Əmək İdarəsinin məlumatlarına istinadən “NRK” televiziya və radio şirkəti məlumat yayıb.

“Çərşənbə axşamı günü 291 min insan işsiz olaraq qeydiyyata alınıb. Bu, Norveçdəki ümumi işçi qüvvəsinin 10,4% -ni təşkil edir. İkinci Dünya Müharibəsindən bəri Norveçdə ən yüksək işsizlik səviyyəsidir.

Son bir həftə ərzində işsizlərin sayı iki dəfə artıb. Bu, koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin nəticəsidir”-deyə, Norveç Əmək İdarəsinin direktoru Siqrun Voqenq bildirib. 

 
Загрузка...
Загрузка...