“Norveç şirkətləri Azərbaycandan gedə bilər” - NATİQ CƏFƏRLİ

Baxış sayı: 
48
1  
0  

“Bu, verigilərin azalması və həmin şirkətlərdə çalışan azərbaycanlıların iş yerlərinin itirilməsi ilə nəticələnə bilər”

Norveç səfirliynin bağlanması və Azərbaycanın Norveçdə olan səfirinin geri çağırılmasını siyasi ziyanları ilə bərabər, iqtisadi cəhətdən də Azərbaycana ziyanları var. Bu baxımdan, 3 ölkə-Norveç, İsveç və Finlandiya ilə birbaşa diplomatik əlqələrin kəsilməsi arzu olunan deyil. Yaxşı olar ki, qırılmış əlaqələr bərpa olunsun. Əlində, Norveçin ən böyük neft və qaz şirkəti olan “Statoil” 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman ən aparıcı beynəlxalq iştirakçılardan biri olub. Bu da o deməkdir ki, Azərbaycan iqtisadiyyatında Norveçlə əlaqələrdən mühüm gəlir əldə edilib. Bu gün isə bu əlaqələrdə çatlar əmələ gəlib. Çox güman ki, diplomatik əlaqələrin bərpası hər iki dövlət üçün mühüm əhəmiyyət daşıyacaq və bu əlaqələrdə yaranmış çatların dərinləşməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Norveç səfirliyinin fəaliyyəti üç ölkəni-İsveçi, Norveçi və Finlandiyanı əhatə edir.

"Düşünmürəm ki, 3 ölkəni əhatə edən səfirliyin bağlanması ilə bağlı qərar verilsin”

Azərbaycanda fəaliyyətdə olan Norveç səfirliynin bağlanması və Azərbaycanın Norveçdə olan səfirinin geri çağırılmasının iqtisadi ziyanlarını təhlil edən REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, hələlik Azərbaycan səfirliklərini bağlamayıb: “Norveç səfirliyi bağlayıb, daha doğrusu belə bir qərar verib. Yeni ildən Gürcüstan ərazsində fəaliyyət göstərəcəklərini açıqlayıb. Azərbaycan isə hələ ki, səfiri geri çağırıb. Yəni hələlik səfirlik bağlanmayıb. Çox güman ki, bir müddət sonra səfirin geri qayıtması və yaxud yeni bir səfirin təyinatı ilə bu məsələ çözülə bilər. Mən düşünmürəm ki, 3 ölkəni əhatə edən səfirliyin bağlanması ilə bağlı qərar verilsin. Hələlik Norveç səfəriliyinin bağlanmasına etiraz olaraq səfirin geri çəkilməsi proseduru başlayıb”.

“İqtisadi itkilər Azərbyacan tərəfinə daha çox ziyan verəcək”

N.Cəfərli qeyd etdi ki, digər Skandinaviya ölkələri ilə yanaşı, Norveçin Azərbaycan iqtisadiyyatında kifayət qədər iştirakı var: “Azərbaycanda Norveçin neft, servis şirkətləri çalışır. Azərbaycanda 230-a yaxın şirkəti var. Səfirliyin bağlanması Azərbaycanla Norveçin və yaxud digər Skandinaviya ölkələrinin əlaqələrinin zəifləməsidir. Təbii ki, bu, əsas da Azərbaycan üçün müəyyən itkilərlərlə nəticələnə bilər. Çünki həmin ölkələrin ümumi daxili məhsuluna görə adambaşına düşən pay Azərbayacanla müqayisə olunmaz dərəcədə çoxdur. İtki olacaqsa, bu, Azərbaycan üçün olacaq. Çünki Azərbaycanın həmin ölkələrə yeni ixracaat bazarları kimi öz məhsullarını ixrac etməsi, investisiya cəlb etməsi daha maraqlıdır. Norveç neft-qaz ölkəsi olmasına baxmayaraq, təkcə 30 milyard dollarlıq dəniz məhsulları istehsal və ixrac edir. Yəni Azərbaycanda Norveç bazarına kənd təsərrüfatı məhsullarının çıxarlmasına imkan yaransa, bununla bağlı müəyyən addımlar atılsa, kifayət qədər bahalı bir bazardır. Skandinaviya ölkələrində Azərbaycan kənd təsərrüfatı məhsulları Rusiyadan ən azı 5-6 dəfə baha satıla bilər. Ona görə də iqtisadi itkilər Azərbaycan tərəfinə daha çox ziyan verəcək”.

“Azərbaycanda 230-a yaxın Norveç şirkəti var”

Cəfərli vurğuladı ki, səfirlik bağlandıqdan sonra Norveçin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin bir qismi Azərbaycandan gedə bilər: “Dediyim kimi, 230-a yaxın şirkət var. Bu şirkətlər əsasən enerji sektorunda fəaliyyət göstərirlər. Onların bir hissəsinin Azərbaycandan getməsi həm azərbaycanlıların yüksək maaşla çalışdığı iş yerlərinin itirilməsi demək olacaq, həm də vergi daxilolmalarında azalmalar olacaq. Çünki əksəriyyəti uğurla fəaliyyət göstərən şirkətlər idi. Azərbaycanda gəlir əldə edib, böyük həcmdə vergi ödəyən şirkətlərdir. Ona görə də bu,verigilərin azalması və həmin şirkətlərdə çalışan azərbaycanlıların iş yerlərinin itirilməsi ilə nəticələnə bilər”.

“Digər neft-qaz layihələrində Norveç şirkətlərinin iştirakı dayandırılacaq”

“Əsrin müqaviləsi”ində iştirak edən “Statoil” Norveç neft şirkəti də Norveç səfirliyinin bağlanmasından sonra hər hansı bir problemlə üzləşə bilər” sualına N. Cəfərli belə cavab verdi: “Mən düşünmürəm. Çünki “Əsrin müqaviləsi” və onun şərtləri kifayət qədər beynəlxalq hüquqa uyğun şəkildə yazılır və Azərbaycan parlamenti tərəfindən təsdqilənərək Konstitusiyaya bərabər bir hüquqa malikdir. Burada ciddi problemlərin olacağını düşünmürəm. Amma gələcəkdə Azərbaycanda qaz-neft sahəsində hər hansı bir xırda hasilat layihəsi olsa, artıq Norveç şirkətinin orada iştirak edəcəyi şübhə altına düşür. Çox güman ki, digər layihələrdə iştirakı dayandırılacaq”.

Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...