Norveç ərazisinə daxil olan Rusiya xüsusi təyinatlılarının fotoları yayıldı - ARALARINDA “KADIROVÇULAR” DA OLUB...

Baxış sayı: 
46
2  
0  

Norveç Müdafiə Nazirliyi Rusiya xüsusi təyinatlılarının bu ölkə ərazisinə girdiyi barədə xəbərləri təkzib etsə də sosial şəbəkələrdə faktı təsdiq edən fotolar yayılıb.
 
Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, fotoları yayanlar da elə həmin xüsusi təyinatlılarının özləridir-onlar Norveç ərazisində Rusiya bayrağı ilə çəkilən fotolarını İnstagram-da paylaşıblar. Üstəlik üzə çıxıb ki, Rusiy xüsusi təyinatlıları Norveç ərazisinə ilk dəfə daxil olmur.
 
Xatırladaq ki, Rusiya xüsusi təyinatlılarının Norveç ərazisinə soxulduğu haqda hərbi tematika üzrə ixtisaslaşmış “AldriMer” adlı yerli nəşr yazmışdı. Müttəfiq ölkələrdən birinin hərbi mənbələrinə istinad edən nəşr xüsusi təyinatlıların Şpitsbergen arxipelaqına girdiyini, ərazi kəşfiyyatı apardıqlarını, infrastrukturu öyrndiklərini bildirib. Məlumatda deyilirdi ki, ABŞ Rusiya xüsusi təyinatlılarının Norveç ərazisinə girməsini kəşfiyyat təyyarələri ilə qeydə alıb və müvafiq fotoşəkilləri bu ölkənin Müdafiə Nazirliyinə təqdim edib.
 
 
 
Rusiya xüsusi təyinatlılarının Norveç ərazisinə daxil olması haqda xəbərlər ölkədə ciddi təşvişə səbəb olub. Belə ki, Norveç onsuz da Rusiyanın hərbi müdaxiləsi təhdidi ilə qarşılaşdığından narahatdır. Son illər Rusiya ordusu, aviasiyası Norveçə müdaxiləni imitasiya edən təlimlər keçiriblər.
 
Nəşr müttəfiq ölkələrdən birinin yüksək keyfiyyətli kəşfiyyat məlumatlarına çıxışı olan hərbi analitikinə də istinad edib. Mənbə bildirib ki, Norveç ərazisinə müdaxilə əməliyyatına “Krım hadisələrinə görə NATO-ya yaxşı məlum olan” muzdlu hərbi birləşmələr, yəni özəl hərbi şirkətin muzdluları da cəlb edilib. Onlar mülki paltarda olublar və Norveçin materik hissəsində ərazi kəşfiyyatı aparıblar.
 
 
 
Rusiya xüsusi təyinatlıları Şpitsbergen arxipelaqına düşmən arxasına gizlicə canlı qüvvə atılması əməliyyatları üçün nəzərdə tutulmuş P-650 “Liliput” sualtı qayığı ilə giriblər. Nəticədə Norveçdən onları görən olmayıb. Arxipelaqda mövcud olan yeganə aeroport onun Norveç hissəsinin şimalında yerləşir.
 
Rusiya XİN və Kreml bu məlumatları “feyk”, “kobud təxribat” və “Rusiyanın şəxsində düşmən obrazı yaratmağa yönəlmiş sistemli işin bir hissəsi” adlandırıb.
 
Bununla belə “Novaya qazeta” aydınlaşdırıb ki, Rusiya xüsusi təyinatlıları dəfələrlə Norveç ərazisinə daxil olub, üstəlik bunu gizlətməyiblər və fotolarını çəkib İnstagram-a da qoyurlar. Hazırda belə fotoları internetin çeçen seqmentində tapmaq olar. Belə ki, əməliyyatda iştirak edənlər arasında “Kadırovçular” da olub.
 
 
 
Tarixə, geolokasiyaya və şərhlərə əsasən “Kadırovun uçan dəstəsi” (həmin hərbi birləşmənin döyüşçüləri özlərini belə adlandırır) 2016-cı ildən bəri Arktikada və o cümlədən qitənin Norveç hissəsində işləyir. (https://www.instagram.com/p/BeLlOq-nTws/?utm_source=ig_embed)
 
“Kadırovun uçan dəstəsi”nin Arktika təlimlərinə Qudermesdəki Rusiya xüsusi təyinatlılar universitetinin saytında ayrıca səhifə də həsr edilib. 2018-ci ildə Çeçenistan rəhbəri Ramzan Kadırov özü Murmanskda və Frans-İosif torpağında təlimlər haqda danışıb, amma çeçen döyüşçülərinin orada iştirakını deməyib.
 
“AldriMer” yazır ki, Rusiya Norveç ərazisində intensiv kəşfiyyat aparır və rusların əsas kəşfiyyat mərkəzi Oslodakı səfirlik hesab olunur. Rusiya xüsusi təyinatlılarının Norveç ərazisinə daxil olmasını və hərəkətini isə ABŞ-ı U-2S «Dragon Lady» və RC-135V «Rivet Joint» tipli kəşfiyyat təyyarələri qeydə alıb.

Загрузка...
Загрузка...